Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Məmməd Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Hərbi xidmətdə) tərəfindən edilmiş 10:35, 13 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Rəşidov
Rəşidov Məmməd İsmayıl oğlu
Məmməd Rəşidov
Məmməd Rəşidov.
Doğum tarixi 27 yanvar 1916(1916-01-27)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 dekabr 1988 (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (–1937)

 • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (Moskva, 1949–1952)
Həyat yoldaşları Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921–19 mart 2003)
Uşaqları Rəna Rəşidova,
Rəşad Rəşidov,
Şəmsa Rəşidova,
Namiq Rəşidov,
Mübariz Rəşidov,
Səadət Zeynalova,
Afaq Rəşidova,
Azər Rəşidov
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"İgidliyə görə" medalı"Əmək veteranı" medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Məmməd Rəşidov (1916–1988) — tanınmış pedaqoq, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının dosenti.

Haqqında məlumatlar

27 yanvar 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1932-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbini bitirib və Nuxa pedaqoji fəhlə fakültəsinə daxil olub.

1937-ci ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

1946 – 1949-cu illərdə Bakıda aspiranturada oxusa da, 1949-cu ildə aspirant təhsili verən daha nüfuzlu təhsil müəssisəsinə qəbul olunduğuna görə Bakıdakı aspirant təhsilini yarımçıq buraxıb.

1949 – 1952-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında (Moskva) təhsil alıb.

Hərbi xidmətdə

15 noyabr 1939-cu il tarixdən 23 sentyabr 1945-ci il tarixədək zabit kimi hərbi xidmətdə olub. Böyük Vətən müharibəsi iştirakçısıdır. Müharibə dövründə 2 medalla təltif edilib.

Əmək fəaliyyəti

1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini,

1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində sovet ədəbiyyatı şöbəsinin müdiri olub.

1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında baş müəllim,

1973 – 1988-ci illərdə isə elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.

İctimai-siyasi aktivliyi

1967 – 1974-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının ilk partiya təşkilatının sədri olub.

Təltif və mükafatları

Vəfatı

29 dekabr 1988-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Рашидов Мамед Исмаил-оглы : Орден Отечественной войны II степени : [arx. 12.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.11.2021.
  2. Рашидов Мамед Ислаил-оглы : Орден Отечественной войны II степени : [arx. 12.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.11.2021.
  3. Рашидов Мамед Исмаил-оглы : Орден Отечественной войны II степени : [arx. 12.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.11.2021.
  4. Məmmədov Ə., Xalıqov F. Rəşidov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 465-467. — 1.000 nüsx.
  5. Bəşirov R., Hacıyev N. Məmməd Rəşidov // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 80-81.
  6. Şükürov R., Orsər R. Rəşidov Məmməd İsmayıl oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 188-189. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  7. Məmməd Rəşidov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 133-134. — ISBN 978-9952-8176-4-5.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər