Məmmədiyə Cabbarzadə

Məmmədiyə Cabbarzadə (1986–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Məmmədiyə
Cabbarzadə
Cabbarzadə Məmmədiyə Məhəmməd oğlu
Məmmədiyə Cabbarzadə
Məmmədiyə Cabbarzadə.
Doğum tarixi 10 dekabr 1986(1986-12-10)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 oktyabr 2020 (33 yaşında)
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşağı Əli
Atası Məhəmməd
Anası Zöhrə
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə OR-8 AZE ARMY.svg gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Füzulinin azad olunmasına görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018

Haqqında məlumatlar

10 dekabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1994 – 1998-ci illərdə Şəki şəhər 2 saylı tam orta məktəbində,

1998 – 2005-ci illərdə Bakı şəhər 18 saylı tam orta məktəbində (Mərdəkan qəsəbəsi) təhsil alıb.

Əmək fəaliyyəti

2007 – 2013-cü illərdə Bakı şəhərinin Nərimanov rayonunda mühafizə xidmətində mühafizəçi işləyib.

Hərbçi fəaliyyəti

2005-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və Naxçıvanda «N» saylı hərbi hissədə xidmət edib. 2007-ci ilin yanvarında hərbi xidmətini başa vurub.

2013-cü ildə 6 aylıq hərbi kurs keçib, həmin ildən Beyləqanda yerləşən «N» saylı hərbi hissədə gizir olaraq tağım komandiri, tank komandiri kimi xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gündən xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması

23 oktyabr 2020-ci il tarixdə – 33 yaşında, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailəli idi, bir oğul övladı var.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Müdafiə Nazirliyi (15 DEKABR 2020). Arxivləşdirilib (15 Dec 2020 - 7 Jan 2021).
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : HƏMİD Cavanşir oğlu Abbasbəyli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.