Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Məmmədkəbir Hacıoğlu" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 92: Sətir 92:
  
 
== Ədəbiyyat ==
 
== Ədəbiyyat ==
* {{Azərbaycan Teatr Ensiklopediyası|2}}
+
[[az:Məmmədkəbir Hacıoğlu]]
 
 
[[Kateqoriya:Azərbaycan aktyorları]]
 

02:24, 26 aprel 2021 versiyası

Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacıoğlu.jpg
Doğum adı Məmmədkəbir Kərimov
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 12 iyun 1977 (71 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyası
Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti→
Flag of the Soviet Union.svg SSRİ
Fəaliyyət illəri 1920–1977
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Məmmədkəbir Kərimov — tanınmış teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti.

Həyatı

Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.[1]

Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.[1]

Mükafatları

İfa etdiyi əsas rollar

Rol Tamaşa Müəllif
Hacı Qara və Naçalnik Hacı Qara Mirzə Fətəli Axundov
Hacı Kərim Molla İbrahimxəlil kimyagər Mirzə Fətəli Axundov
Şahbaz bəy Eşq və intiqam Süleyman Sani Axundov
Dövlət bəy Aydın Cəfər Cabbarlı
Atakişi Sevil Cəfər Cabbarlı
Ağamyan 1905-ci ildə Cəfər Cabbarlı
İbad Almaz Cəfər Cabbarlı
Altunbay Od gəlini Cəfər Cabbarlı
Qəşəm Məmişov Məhəbbət Mirzə İbrahimov
Qurban kişi Həyat Mirzə İbrahimov
Bəndalı Bayram günü Səttar Axundov
Nekrasov Çətin dərə Səttar Axundov
Qacar Vaqif Səməd Vurğun
Bərbərzadə Xoşbəxtlər Sabit Rəhman
Kərəmov Toy Sabit Rəhman
Baba Aslan yatağı Məmmədhüseyn Təhmasib
Şah Nizami Mehdi Hüseyn
Səlim bəy Qaçaq Nəbi Süleyman Rüstəm
Məşədi İbad və Rüstəm bəy Məşədi İbad Üzeyir Hacıbəyov
Əsgər və Süleyman Arşın mal alan Üzeyir Hacıbəyov
Qəhrəman Gözün aydın Məhərrəm Əlizadə, Fikrət Əmirov
Yaqo Otello Uilyam Şekspir
Rüstəm Namus Aleksandr Şirvanzadə
Mehdiyev Polad Qartal Aleksandr Korneyçuk
Xan Qız qalası Rza Şahvələd

İstinadlar

  1. 1,0 1,1 (Rəhimli, 2017, s. 286–287)

Ədəbiyyat