Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmmədkəbir Hacıoğlu

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Vəfatı) tərəfindən edilmiş 11:17, 12 iyun 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədkəbir Hacıoğlu
Kərimov Məmmədkəbir Hacı oğlu
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacıoğlu.
Ləqəbi Hacıoğlu
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelisavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 12 iyun 1977 (71 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Fəaliyyət illəri 1920–1977
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Məmmədkəbir Hacıoğlu (1906–1977) — tanınmış teatr xadimi, Azərbaycan SSR əməkdar artisti, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru. 1940-cı illərdə M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru olmuşdur.

Haqqında məlumatlar

1906-cı ildə Nuxada (indiki Şəki) anadan olub.

Uşaqlıq illərində heç bir təhsil almayıb, atasının dükanında atasına köməklik edib.

1920-ci illərin əvvəllərində Nuxada fəaliyyət göstərən məhəllə (“Darvaza”) dram dərnəklərinə qoşulub və ilk olaraq, “Hacı Qara” komediyasında “Bədəl” rolunu oynayıb.

1924-cü ildə isə Nuxada Baxşəli Axundovun rəhbərlik etdiyi dram dərnəyinə daxil olub.

Əmək fəaliyyəti

1933 – 1949-cu illərdə M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının aktyoru,

1940-cı illərdə isə həm də bir müddət direktoru olub.

1949 – 1953-cü illərdə Nuxa rayon mədəniyyət evinin dram dərnəyinin bədii rəhbəri,

1953 – 1956-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər mədəniyyət və istirahət parkının direktoru,

1956 – 1959-cu illərdə Nuxa rayon mədəniyyət evinin direktoru,

1959 – 1975-ci illərdə Nuxa Şəhər Xalq Teatrının rejissoru vəzifəsində çalışıb.

1975 – 1978-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub.

Təltif və mükafatları

Vəfatı

12 iyun 1977-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Mete Ə. Hacıoğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 492-493. — 500 nüsx.
  2. Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14  c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.

Şablon:Yaxşı məqalə