Məmmədnuru Yusifov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]{{Şəxs
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]{{Şəxs
  |Adı              = Məmmədnuru Yusifov
  |Adı              = Məmmədnuru Yusifov
  |Tam adı          = Yusifov Məmmədnuru Şakir oğlu
  |Tam adı          = Yusifov Məmmədnuru Şakir oğlu
Sətir 31: Sətir 31:
  |Commons          =  
  |Commons          =  
}}
}}
'''Məmmədnuru Yusifov''' (''Yusifov Məmmədnuru Şakir oğlu''; {{d.}}2 fevral 1944-cü ildə, [[Nuxa]], [[Nuxa rayonu]], Azərbaycan SSR, SSRİ {{ö.}}13 iyun 2013-cü ildə,  [[Şəki]], Azərbaycan Respublikası) – pedaqoq, dövlət məmuru, sovet partiya və komsomol orqanları işçisi; Azərbaycan {{LKGİ}} Şəki Şəhər Komitəsinin birinci katibi (1972 – 1976), Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri (1982 – 1986), Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri (1986 – 1992), Şəki şəhər Təhsil Şöbəsinin müdiri (1993 – 2005) və s. məsul vəzifələrdə işləyib.
'''Məmmədnuru Yusifov''' (1944 – 2013) – pedaqoq, dövlət məmuru, sovet partiya və komsomol orqanları işçisi; Azərbaycan {{LKGİ}} Şəki Şəhər Komitəsinin birinci katibi (1972 – 1976), Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri (1982 – 1986), Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri (1986 – 1992), Şəki şəhər Təhsil Şöbəsinin müdiri (1993 – 2005) və s. məsul vəzifələrdə işləyib.


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==
Sətir 65: Sətir 65:


===Vəfatı===
===Vəfatı===
2013-cü ildə Şəkidə vəfat edib.
13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.


==İctimai fəaliyyyəti==
==İctimai fəaliyyyəti==

18:11, 1 fevral 2021 versiyası

Məmmədnuru Yusifov
Yusifov Məmmədnuru Şakir oğlu
Məmmədnuru Yusifov
Məmmədnuru Yusifov, 1984-cü il
Doğum tarixi 2 fevral 1944(1944-02-02)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 iyun 2013 (69 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Dəfn yeri Şəki
Uşaqları Aydın, Cavanşir, Eldəniz, Şahin
Atası Şakir Yusifov
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963 – 1967)
Mükafatları "Tərəqqi" medalı

Məmmədnuru Yusifov (1944 – 2013) – pedaqoq, dövlət məmuru, sovet partiya və komsomol orqanları işçisi; Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi (1972 – 1976), Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri (1982 – 1986), Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri (1986 – 1992), Şəki şəhər Təhsil Şöbəsinin müdiri (1993 – 2005) və s. məsul vəzifələrdə işləyib.

Haqqında məlumatlar

2 fevral 1944-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxa şəhər 16 №-li ibtidai, 11 №-li orta və 1 №-li fəhlə-gənclər məktəblərində oxuyub.

1963 – 1967-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1960 – 1963-cü illərdə Nuxa İpək Kombinatında fəhlə işləyib.

1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,

1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,

1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.

1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,

1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,

1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbin direktoru olub.

1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,

1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,

1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.

Vəfatı

13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.

İctimai fəaliyyyəti

  • Müxtəlif illərdə Şəki şəhər Xalq Deputatları Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü,
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
  • “Tərəqqi” medalı (2005)

Ailəsi

  • Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
  • Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.

Şablon:Yaxşı məqalə