Məmmədsadıq Əfəndiyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
 
(Eyni redaktor tərəfindən edilmiş 3 ara dəyişiklik göstərilmir)
Sətir 32: Sətir 32:


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==
5 iyul 1902-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar tərcüməçi işləyib.  
5 iyul 1902-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi və o vaxt Aşqabad şəhərində kargüzar-tərcüməçi işləyirdi.  


1909-cu ildə ailəvi olaraq [[Şəki|Nuxa]] şəhərinə qayıdıblar.  
1909-cu ildə ailəvi olaraq [[Şəki|Nuxa]] şəhərinə qayıdıblar.  

Səhifəsinin 10:56, 5 iyul 2023 tarixinə olan son versiyası

Məmmədsadıq Əfəndiyev
Əfəndiyev Məmmədsadıq Mirzə Əhməd oğlu
Məmmədsadıq Əfəndiyev.
bayraqAzərbaycan SSR xalq maarifi komissarıbayraq
1937 — 1938
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1902(1902-07-05)[1]
Doğum yeri Aşqabad, Zakaspiyski vilayəti, Rusiya İmperiyası
Vəfat tarixi may 1943(1943-05-00) (40 yaşında)
Vəfat yeri Kerç, Krım MSSR, RSFSR, SSRİ
Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (1828–1919)[2]
Anası Səltənət Hüseyn qızı (?–1914)
Həyat yoldaşı Musalət Quliyeva
Uşağı İmruz Əfəndiyeva
Təhsili Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutu (1931–1933)

Məmmədsadıq Əfəndiyev (1902–1943) — Azərbaycan sovet dövlət xadimi, yazıçı, teatrşünas və pedaqoq; 1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışmışdır. Sovet milis polkovniki Məmmədəmin Şəkinskinin qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin isə əmisidir.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

5 iyul 1902-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi və o vaxt Aşqabad şəhərində kargüzar-tərcüməçi işləyirdi.

1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.

1914-cü ildə anası – Səltənət Hüseyn qızı,

1919-cu ildə isə atası – Mirzə Əhməd vəfat edib.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1913 – 1920-ci illərdə Nuxa klassik kişi gimnaziyasında təhsil alıb.

1920-ci ildə Bakı şəhərinə – Azərbaycan hərbi məktəbinə, təhsil almaq üçün göndərilib. Hərbi məktəbin 1-ci buraxılışını fərqlənmə diplomu ilə bitirib.

1931 – 1933-cü illərdə Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Maddi çətinliklər ucbatından 1919-cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə mürəttib işləyib.

1920-ci ildən hərbi sahədə çalışmağa başlayıb.

1920-ci ilin ortalarından 1925-ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib. Lakin səhhətindəki problemlərlə bağlı olaraq xidmətdən 1925-ci ildə istefaya çıxıb.

1925 – 1929-cu illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini və Teatral Texnikumun direktoru,

1930-cu illərin əvvəllərində Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direktor köməkçisi vəzifəsində çalışıb.

1931 – 1933-cü illərdə Moskvada təhsil alarkən Moskva Dövlət Kinematoqrafiya İnstitutunda, M.N.Pokrovski adına Kommunist Universitetində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında teatrşünaslıq, teatr tarixi, dialektik və tarixi materializm fənlərindən dərs deyib.

1935 – 1937-ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi, Azərbaycan KP MK-nın təbliğat və təşviqat, mətbuat və nəşriyyat şöbələrinin müdiri vəzifəsində çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (sosial-iqtisadi intizam kafedrasının müdiri olub). Eyni zamanda, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.

1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışıb.

1940-cı ilin iyununda Azərbaycan SSR Xalq Komissarları Sovetinin sosial-mədəni qrupunun elmi rəhbəri,

1941-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun direktoru, daha sonra Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Elmi – ədəbi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1933-cü ildə “Azərbaycan dramaturjisinin problemləri və inkişaf perspektivləri” mövzusunda dissertasiyasını hazırlasa da, müdafiə etmək üçün imkan tapa bilməyib.

3 monoqrafiyanın – “Proletar teatrosu uğrunda” (Bakı, 1931), “Bakılı işçi öz türk işçi teatrı haqda nə bilməlidir?” (rus dilində; Bakı, 1931) və “N.A.Dobrolyubov” (Bakı, 1936) monoqrafiyalarının müəllifidir.

Bir sıra pyesləri azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda Nuri Nuriyev imzası ilə çıxış edib.

Siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1919-cu ildə Nuxada bolşevik təşkilatına üzv yazılıb.

Digər[Vizual redaktə | HTML redaktə]

1938-ci ildə haqsız olaraq həbs edilib. Uzun sürən araşdırmalardan sonra 1940-cı ildə həbsdən azad olunub.

Mükafatları[Vizual redaktə | HTML redaktə]

  • Qızıl silah – Dövlət Təhlükəsizlik Komitəsinində xidmət edərkən (1920 – 1925) peşəkarlığına və nümunəvi fəaliyyətinə görə.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1942-ci ildə cəbhəyə göndərilib və həmin ilin may ayında Kerç ətrafında gedən döyüşlərdən birində həlak olub.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

1983-cü ildə 80 illik yubileyi keçirilib.

4 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 41 ünvanındakı binaya Mirzə Əhməd bəy oğlu Əfəndiyevlə bağlı memorial lövhənin vurulmasına qərar verib.

19 dekabr 2008-ci il tarixdə barelyefin açılışı olub.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, barelyefin müəllifi, əməkdar rəssam Arif Qazıyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İnqilab Kərimov və başqaları tədbirdə XX əsrdə milli teatrımızın və incəsənətimizin inkişafında Məmmədsadıq Əfəndiyevin xidmətlərindən danışıblar.

Şəkillər[Vizual redaktə | HTML redaktə]

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Əfəndiyev Məmmədsadıq // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 245. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmmədsadıq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 155-157. — 1.000 nüsx.
  3. "Azərbaycanın təhsil nazirləri/Məmmədsadıq Əhməd oğlu Əfəndiyev". https://www.muallim.edu.az/ (azərb.). Azərbaycan müəllimi. 26 Avqust 2011. 18 Sep 2017 tarixində arxivləşdirilib.
  4. "Teatrşünas Məmmədsadıq Əfəndiyevin barelyefinin açılışı olmuşdur". http://anl.az/ (azərb.). “Respublika” qəzeti. 20 dekabr 2008. 1 Dec 2020 tarixində arxivləşdirilib.
  5. İmruz Əfəndiyeva (2020). "Atam haqqında xatirələr". https://edebiyyatqazeti.az/ (azərb.). Ədəbiyyat qazeti. 1 Dec 2020 tarixində arxivləşdirilib.
  6. Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 23 – 25 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.