Məmmədsaleh İsmayılov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 04:46, 22 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Məmmədsaleh İsmayılov
İsmayılov Məmmədsaleh Cəlil oğlu
Məmmədsaleh İsmayılov
Məmmədsaleh İsmayılov.
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1912(1912-04-22)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 10 may 1994 (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ Azərbaycan

Təhsili Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə şöbəsi (–1940)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972
II dərəcəli "Vətən Müharibəsi" ordeni

Məmmədsaleh İsmayılov (1912–1994) — tanınmış musiqişünas alim və pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Uzun müddət Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

22 aprel 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxa nümunə-zəhmət məktəbində,

1929 – 1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində təhsil alıb.

1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1946-cı ildən Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunda işləyib.

1960 – 1971-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra Azərbaycan xalq musiqisi kafedrasının,

1980 – 1990-cı illərdə isə Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1982-ci ildə professor elmi adını alıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsi (1941-1945) iştirakçısıdır; lakin müharibədə olarkən, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə (o, Mərkəzi Ordu Qərargahının komandiri, Sovet İttifaqı marşalı İ.S.Konevə məktub göndərmişdi) ordudan tərxis olunub və geri qaytarılmışdır.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

10 may 1994-cü il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. "Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədsaleh Ismayılov (1975). "Qayğıkeş müəllim". http://uzeyir.musigi-dunya.az/ (azərb.). Musigi Dunyasi. 21 Jan 2013 – 20 Jun 2018 tarixində arxivləşdirilib.
  2. Mete Ə. İlk musiqişünas // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 506-507. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. İsmayılov Məmmədsaleh // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 205. — 600 nüsx. — ISBN 5-8066-1708-4.