Məmmədsaleh İsmayılov
Məmmədsaleh İsmayılov (1912–1994) — tanınmış musiqişünas alim və pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Uzun müddət Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdır.
Məmmədsaleh İsmayılov | |
---|---|
İsmayılov Məmmədsaleh Cəlil oğlu | |
Məmmədsaleh İsmayılov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1912 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 10 may 1994 (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
|
|
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə şöbəsi (–1940) |
Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
22 aprel 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxa nümunə-zəhmət məktəbində,
1929 – 1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində təhsil alıb.
1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1946-cı ildən Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunda işləyib.
1960 – 1971-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra Azərbaycan xalq musiqisi kafedrasının,
1980 – 1990-cı illərdə isə Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1982-ci ildə professor elmi adını alıb.
Digər Vizual/Mobil redaktə
Böyük Vətən müharibəsi (1941-1945) iştirakçısıdır; lakin müharibədə olarkən, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə (o, Mərkəzi Ordu Qərargahının komandiri, Sovet İttifaqı marşalı İ.S.Konevə məktub göndərmişdi) ordudan tərxis olunub və geri qaytarılmışdır.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — musiqiçi kadrlar hazırlanmasında, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq (19 aprel 1972) [1];
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (1982).
Vəfatı Vizual/Mobil redaktə
10 may 1994-cü il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.
İstinadlar Vizual/Mobil redaktə
- ↑ "Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədsaleh Ismayılov (1975). "Qayğıkeş müəllim". http://uzeyir.musigi-dunya.az/ (azərb.). Musigi Dunyasi. 21 Jan 2013 – 20 Jun 2018 tarixində arxivləşdirilib.
- Mete Ə. İlk musiqişünas // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 506-507. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Məmmədsaleh // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 205. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |