Məmmədsaleh İsmayılov
Məmmədsaleh İsmayılov | |
---|---|
İsmayılov Məmmədsaleh Cəlil oğlu | |
![]() | |
Məmmədsaleh İsmayılov. |
Məmmədsaleh İsmayılov (1912–1994) — tanınmış musiqişünas alim və pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Uzun müddət Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
22 aprel 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxa nümunə-zəhmət məktəbində,
1929 – 1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində təhsil alıb.
1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1946-cı ildən Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunda işləyib.
1960 – 1971-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra Azərbaycan xalq musiqisi kafedrasının,
1980 – 1990-cı illərdə isə Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1982-ci ildə professor elmi adını alıb.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsi (1941-1945) iştirakçısıdır; lakin müharibədə olarkən, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə (o, Mərkəzi Ordu Qərargahının komandiri, Sovet İttifaqı marşalı İ.S.Konevə məktub göndərmişdi) ordudan tərxis olunub və geri qaytarılmışdır.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — musiqiçi kadrlar hazırlanmasında, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq (19 aprel 1972) [1];
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (1982).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
10 may 1994-cü il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ ...
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- ...
- Mete Ə. İlk musiqişünas // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 506-507. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 205. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...
- Skript xətası olan səhifələr
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə