"Məmmədsani Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 122: | Sətir 122: | ||
{{İstinad siyahısı | {{İstinad siyahısı | ||
|group=qeyd | |group=qeyd | ||
− | |refs=<ref name=Q1> Həmin illərdə baş redaktor vəzifəsi “sədr mühərrir” adlanırdı, lakin qəzetdə sədr mühərririn adı əvəzinə bir qayda olaraq yalnız məsul redaktorun adı göstərilirdi ki, bu da qəza, mahal, rayon, yaxud şəhər partiya komitəsinin məsul katibi idi {{Harvnb|OTÖ|2006|p=373}}.</ref>}} | + | |refs=<ref name=Q1> Həmin illərdə baş redaktor vəzifəsi “sədr mühərrir” adlanırdı, lakin qəzetdə sədr mühərririn adı əvəzinə bir qayda olaraq yalnız məsul redaktorun adı göstərilirdi ki, bu da qəza, mahal, rayon, yaxud şəhər partiya komitəsinin məsul katibi idi {{Harvnb|OTÖ|2006|p=373}}.</ref>}} |
==Ədəbiyyat== | ==Ədəbiyyat== |
19:23, 23 iyul 2022 versiyası
Məmmədsani Məmmədov | |
---|---|
Məmmədov Məmmədsani Mustafa oğlu | |
Məmmədsani Məmmədov, 1970-ci il. | |
Doğum tarixi | 1 may 1905 |
Doğum yeri | Ağdaş, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 5 dekabr 1984 (79 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Səkinə Məmmədova |
Uşaqları | Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə |
Təhsili |
• Mərkəzi Sovet Partiya Məktəbi (1922–1924) • Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924–1928) |
Mükafatları |
Məmmədsani Məmmədov (1905–1984) — “Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist. Həm də 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.
Haqqında məlumatlar
1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub.
Təhsili
1913 – 1918-ci illərdə ibtidai məktəbdə (Ağdaş),
1918 – 1921-ci illərdə II dərəcəli məktəbdə (cəmi 3 sinif, Ağdaş),
1922 – 1924-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),
1924 – 1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.
Əmək və digər fəaliyyəti
Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,
iyul — oktyabr 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində tarix müəllimi və direktor,
noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Şəki fəhləsi” qəzetinin redaktoru[qeyd 1],
mart — iyul 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,
iyul — dekabr 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,
yanvar — aprel 1936-cı il tarixləri arasında kurs direktoru,
aprel — dekabr 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdindəki tədris-kurs kombinatının direktoru,
dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,
avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,
avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) sahə müxbiri (rus.: разъездной корреспондент),
mart — iyun 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru vəzifəsində çalışıb.
23 iyun 1941-ci il tarixdə orduya çağırılıb.
İyun — oktyabr 1941-ci il tarixləri arasında sovet ordusunun İranda yerləşmiş 20-ci diviziyasında tərcüməçi,
oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.
1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,
iyun — dekabr 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.
Oktyabr, 1943-cü il — dekabr, 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəsinin rəisi,
may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,
dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.
Təqaüddə
1975-ci ildə təqaüdə çıxıb.
1984-cü ildən respublika əhəmiyyətli pensiya alıb.
İctimai-siyasi fəaliyyəti
1920-ci ildən komsomol sıralarına qatılıb.
1932-ci ildən kommunist partiyasının üzvü olub.
1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,
1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,
1939 – 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı olub.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Döyüş xidmətlərinə görə” medalı (1946);
- Lenin yubiley medalı (1970);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1971);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975).
Vəfatı
5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
Qeydlər
Ədəbiyyat
- Мамедов Мамедсани Мустафа оглы (Личний листок по учету кадров).
- Məmmədsani Mustafa oğlu Nəbiyev (nekroloq) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Nizami Nəbiyev. — Şəki: Şəki mətbəəsi, 1984. —8 dekabr c. — № 146 (9734). — Səh. 4.
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 373-374. — 500 nüsx.
- Şükürov R., Orsər R. Bizim direktorlar // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 103. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Мамедов Мамед Саин Мустафаевич : [arx. 16.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1905-ci ildə doğulanlar
- 1 mayda doğulanlar
- Mayda doğulanlar
- 5 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə