Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmmədsani Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədsani Məmmədov
Məmmədov Məmmədsani Mustafa oğlu
Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov, 1970-ci il.
Doğum tarixi may 1905(1905-05-00)
Doğum yeri Ağdaş, Ərəş qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 5 dekabr 1984 (79 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Səkinə Məmmədova
Uşaqları Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə
Təhsili

Mərkəzi Sovet Partiya Məktəbi (1922–1924)

Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924–1928)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Məmmədsani Məmmədov (1905–1984) — tanınmış jurnalist, “Nuxa fəhləsi” qəzetinin ilk baş redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidəki xüsusi müxbiri olmuş şəxs. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı Nuxa şəhərində sövet hökumətinin sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.

Haqqında məlumatlar

1905-ci ilin may ayında Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub.

Təhsili

1913 – 1918-ci illərdə ibtidai məktəbdə (Ağdaş),

1918 – 1921-ci illərdə II dərəcəli məktəbdə (cəmi 3 sinif, Ağdaş),

1922 – 1924-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),

1924 – 1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.

Əmək fəaliyyəti

Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,

iyul — oktyabr 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində tarix müəllimi və direktor,

noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Nuxa fəhləsi” qəzetinin redaktoru[qeyd 1],

mart — iyul 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,

iyul — dekabr 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,

yanvar — aprel 1936-cı il tarixləri arasında kurs direktoru,

aprel — dekabr 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdində tədris-kurs kombinatının direktoru,

dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,

avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,

avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) sahə müxbiri (rus.: разъездной корреспондент),

mart — iyun 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru,

iyun — oktyabr 1941-ci il tarixləri arasında İranda yerləşmiş Sovet Ordusunun 20-ci diviziyasında tərcüməçi,

oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.

1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,

iyun — dekabr 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.

Oktyabr, 1943-cü il — dekabr, 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissə rəisi,

may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,

dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.

Təqaüddə

1975-ci ildə təqaüdə çıxıb.

1984-cü ildən respublika əhəmiyyətli pensiya alıb.

İctimai-siyasi fəaliyyəti

1920-ci ildən komsomol sıralarına qatılıb.

1932-ci ildən kommunist partiyasının üzvü olub.

1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,

1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,

1939 – 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı olub.

Təltif və mükafatları

Vəfatı

5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Qeydlər

  1. Həmin illərdə baş redaktor vəzifəsi “sədr mühərrir” adlanıb, lakin qəzetdə bir qayda olaraq yalnız məsul katibin adı göstərilirdiki, bu da qəza, yaxud şəhər partiya komitəsinin birinci katibi idi (OTÖ, 2006, s. 373).

Ədəbiyyat

  1. Мамедов Мамедсани Мустафа оглы (Личний листок по учету кадров).
  2. Məmmədsani Mustafa oğlu Nəbiyev (nekroloq) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Nizami Nəbiyev. — Şəki: Şəki mətbəəsi, 1984. —8 dekabr  c. — № 146 (9734). — Səh. 4.
  3. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 373 – 374. — 500 nüsx.
  4. Şükürov R., Orsər R. Bizim direktorlar // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 103. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə