Mənsur xan Şəki

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:09, 31 dekabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Mənsur xan Şəki (1919-2000) - Fizika-riyaziyyat elmləri doktoru, şərqşünas, Səlim xanın törəməsi.

HəyatıRedaktə

Mənsur xan Şeyxəli xan oğlu 1919-cu ildə Tehran şəhərində doğulmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra orta məktəbdə oxumuşdu. Neft şirkətinin göndərişi ilə İngiltərədə, Birminhem şəhərində universitetdə oxumuşdu. Universitetin riyaziyyat fakültəsini bitirmişdi. Sonra magistraturanı fizika fənni üzrə tamamlamışdı. Daha sonra İrana qayıtmış, Abadan şəhərində çalışmağa başlamışdı. Bir müddət sonra siyasi səbəblərdən İranı tərk etmişdi. 1948-ci ildə Çexoslavakiyada yerləmişdi. Sadiq Hidayətin təklifi ilə Çex şərqşünası Yan Ripka (1886-1968) ilə tanış olmuşdu.

Mənsur xan Şəki Praqa universitetinin şərqşünaslıq faküləsində fars dilindən dərs demişdi. Fars dili üzrə tədqiqatlar aparmışdı. Sasanilər dövrünü araşdırmış, pəhləvi dilinə aid incələmələr etmişdi.

Mənsur xan Şəki İranika ensiklopediyasının müəlliflərindən biri idi. Çexoslavakiyada dərc olunan şərqşünaslıq dərgilərində ingilis dilində elmi məqalələri çap olunmuşdu.

Mənsur xan Şəki Çexoslavakiyada fizika üzrə doktorluq müdafiə etmişdi.

Mənsur xan Şəkinin kitabları:

“Moderní perská frazeologie a konversace A modern Persian phrase-book”, 1963; “Moderní perská frazeologie a konverzace : a description of the modern Persian speech-sounds : with a supplementary gramophone record”, 1963; “Popis hlásek v moderní perštině namluvených na pripojenou gramofonovou desku. A description of the modern Persian speech-sounds, with a supplementary gramophone record”, 1963; “A study on nominal compounds in neo-Persian”, 1964; “Principles of Persian bound phraseology”, 1967; “The concept of obligated successorship in the Mādiyān ī hazār dādistān”, 1975; “A modern Persian-English phrase book”, 1987.

Mənsur xan Şəki 2000-ci ildə vəfat edib.

MənbəRedaktə

  • Ənvər Çingizoğlu, Şəkinskilərin İran qolu haqqında araşdırma,"Soy" еlmi-kütləvi dərgi, 2012, №12, s.23-27

ƏdəbiyyatRedaktə

  • Ənvər Çingizoğlu. [http:https://xudaferin.eu/skinskilrin-iran-qolu-haqqinda-nvr-cingizoglunun-arasdirmasi.html "Şəkinskilərin İran qolu"] (#bad_url). http://xudaferin.eu/ (azərb.). “Xudaferin” jurnalı. 13 Sen 2021 tarixində arxivləşdirilib.