Mənzər Rəhimli
Mənzər Rəhimli — kimya elmləri namizədi, dosent, AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi. Atası Əhməd Rəhimli müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.
Mənzər Rəhimli | |
---|---|
Rəhimli Mənzər Əhməd qızı | |
Mənzər Rəhimli. | |
Doğum tarixi | 20 fevral 1950 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya fakültəsi (–1971) • Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu, aspirantura (1982–) |
Həyat yoldaşı | Ramiz Hümbətov |
Evladları | Nərminə və Nərgiz |
Atası | Əhməd Rəhimli |
Anası | Səyyarə Ələkbərova |
• facebook səhifəsi 1 • facebook səhifəsi 2 |
Haqqında məlumatlarRedaktə
20 fevral 1950-ci il tarixdə Bakıda anadan olub.
TəhsiliRedaktə
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib.
1982-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda qeyri-üzvi kimya ixtisası üzrə aspiranturaya daxil olub.
Elmi fəaliyyətiRedaktə
1992-ci ildə “Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması” mövzusunda dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi elmi dərəcəsi alıb.
2001-ci ildə qeyri-üzvü kimya ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb.
11-i xaricdə, 3-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.
Əmək fəaliyyətiRedaktə
AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Rəhimli Mənzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 480-481. — 1.000 nüsx.
- Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları : Rəhimli Mənzər Əhməd qızı : [arx. 10.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 10.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |