Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mənzər Rəhimli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:49, 18 yanvar 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mənzər Rəhimli
Rəhimli Mənzər Əhməd qızı
Mənzər Rəhimli
Mənzər Rəhimli.
Doğum tarixi 20 fevral 1950 (1950-02-20) (72 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya fakültəsi (–1971)

 • Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu, aspirantura (1982–)
Həyat yoldaşı Ramiz Hümbətov
Uşaqları Nərminə və Nərgiz
Atası Əhməd Rəhimli
Anası Səyyarə Ələkbərova
facebook səhifəsi

Mənzər Rəhimli — kimya elmləri namizədi, dosent, AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi. Atası Əhməd Rəhimli müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 fevral 1950-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib.

1982-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda qeyri-üzvi kimya ixtisası üzrə aspiranturaya daxil olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1992-ci ildə “Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması” mövzusunda dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi elmi dərəcəsi alıb.

2001-ci ildə qeyri-üzvü kimya ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb.

11-i xaricdə, 3-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rəhimli Mənzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 480-481. — 1.000 nüsx.
  2. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları : Rəhimli Mənzər Əhməd qızı : [arx. 10.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 10.11.2021.