Mərahim Fərzəlibəyov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:55, 20 mart 2021 tarixli dəyişiklik

Fərzəlibəyov Mərahim — Bakı Bələdiyyə Teatrının rejissoru, Azərbaycan Respublikasının xalq artisti.

Mərahim Fərzəlibəyov
Fərzəlibəyov Mərahim Fərzəli oğlu
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəlibəyov, 2015-ci il
Doğum tarixi 26 iyun 1949 (1949-06-26) (73 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ,
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Uşağı Samir Mərahim oğlu Fərzəlibəyov
Atası Fərzəli Mustafa oğlu Fərzəlibəyov
Peşəsi teatr rejissoru
Təhsili Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutu(ru), rejissorluq fakültəsi (1970 – 1975)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000
“Şöhrət” ordeni (Azərbaycan)
IMDb ID 1076526

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

Təhsili

1966-cı ildə Bakıda 56 saylı orta məktəbi bitirib.

1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun(ru) rejissorluq fakültəsində təhsil alıb.

İş yerləri

1966 – 1970-ci illərdə əvvəlcə Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, sonra Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, daha sonra 26-lar Mədəniyyət sarayında “Şəfəq” pioner dram dərnəyinin rəhbəri vəzifəsində işləyib.

1975 – 1977-ci illərdə təyinatla M.Y.Lermontov adına Respublika Rus Dram Teatrında (Qroznı, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) quruluşçu rejissor işləyib.

1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,

1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,

2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifələrinə işləyib.

2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur.

Yaradıcılığı

Qroznıda Tennissi Uilyamsın “Arzu tramvayı” dramına, Jan Batist Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun “Lovğa dovşan” nağılına səhnə quruluşları verib.

Sumqayıtda “Poladəridənlər”, H.Muxtarovun “Mən nənəyə evlənirəm”, P.Pançevin “Məktub”, C.Cabbarlının “Vəfalı Səriyyə”, O.Məmmədovun “Mehrişah”, T.Kazımovun “Muradın kələkləri”, N.Həsanzadınin “Bütün Şərq bilsin”, N.Xəzrinin “Mənim arxalandığım” tamaşalarına quruluş verib.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib. Bunların arasında, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı”, V.Şekspirin “Maqbet”, Anarın “Təhminə və Zaur”, N.Xəzrinin “Torpağa sancılan qılınc”, “Mənsiz dünya”, Q.Lorkanın “Qadın Faciəsi”, “Dişi canavar”, J.Rasinin “Fedra”, C.Məmmədquluzadınin “Ölülər” və s. tamaşalar var.

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb.

1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Qarsia Lorkanın “Qanlı toy” (Tofiq Kazımovun tərcüməsi), Aleksandr Nikitinin “Abşeronda bir gecə” (Qeybulla Rəsulovun tərcüməsi) pyeslərini tamaşaya qoyub.

Mükafatları

Filmoqrafiya

  1. Bizim qəribə taleyimiz (film, 2005)
  2. Canavar balası (film, 1997)
  3. Doğan Günəş (film, 2002)
  4. Qəm pəncərəsi (film, 1986)
  5. Qırmızı qar (film, 1998)
  6. Mənim ağ şəhərim (film, 1994)
  7. O dünyadan salam (film, 1991)
  8. Sən həmişə bizimləsən (film, 1997)

Ailəsi

  • Atası: Fərzəli Mustafa oğlu Fərzəlibəyov 1915-ci ildə Nuxada anadan olmuşdur.
  • Oğlu: Samir Mərahim oğlu Fərzəlibəyov, rejissordur, 2010-cu ildə İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Mərahim // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 143 – 146. — 600 nüsx. — ISBN 5-8066-1708-4.