Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mərahim Fərzəlibəyov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:16, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəlibəyov, 2015-ci il
Doğum tarixi 26 iyun 1949 (1949-06-26) (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Peşəsi teatr rejissoru
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 “Şöhrət” ordeni (Azərbaycan)
IMDb ID 1076526

Fərzəlibəyov Mərahim Fərzəli oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissoru (2006 – 2012-ci illərdə baş rejissor), Azərbaycan Respublikasının xalq artisti (2000).

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

Təhsili

Bakıda 56 saylı orta məktəbi bitirib.

1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun(ru) rejissorluq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.

1975 – 1977-ci illərdə təyinatla Qroznı şəhərindəki (Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib.

1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,

1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,

2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifələrinə işləyib.

Yaradıcılığı

Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında Tennessi Uilyamsın “Arzu tramvayı” dramına, Jan Batist Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun "“Lovğa dovşan” nağılına səhnə quruluşları verib.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Tofiq Kazımovun tərcüməsində Qarsia Lorkanın “Qanlı toy”, Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin “Abşeronda bir gecə” pyeslərinin tamaşalarını səhnəyə qoyub.

Mükafatları

Filmoqrafiya

  1. az:Bizim qəribə taleyimiz (film, 2005)
  2. az:Canavar balası (film, 1997)
  3. az:Doğan Günəş (film, 2002)
  4. az:Qəm pəncərəsi (film, 1986)
  5. az:Qırmızı qar (film, 1998)
  6. az:Mənim ağ şəhərim (film, 1994)
  7. az:O dünyadan salam (film, 1991)
  8. az:Sən həmişə bizimləsən (film, 1997)

İstinadlar

Ədəbiyyat