Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mərdan Mehdizadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 16:44, 11 oktyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mərdan Mehdizadə
Mehdizadə Mərdan Əhməd oğlu
Mərdan Mehdizadə
Mərdan Mehdizadə.
Doğum tarixi 25 mart 1979(1979-03-25)
Doğum yeri Göybulaq, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 12 oktyabr 2020 (41 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Əkrəm və Əfşan
Atası Əhməd
Anası Solmaz
Həyat yoldaşı Leyla
Hərbi fəaliyyəti

Mərdan Mehdizadə (1979–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş miçmanı.

Haqqında məlumatlar

25 mart 1979-cu il tarixdə Şəki rayonunun Göybulaq kəndində anadan olub.

Təhsili

1985 – 1991-ci illərdə Göybulaq kənd natamam orta məktəbində,

1991 – 1996-cı illərdə isə Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbində təhsil alıb.

1999-cu ilin aprel ayından 1999-cu ilin avqust ayına qədər Bakı Ali Dənizçilik məktəbində,

2000-ci ilin yanvar ayından 2000-ci ilin mart ayına qədər isə Türkiyə Respublikasının İstanbul şəhərində kurs keçib.

Hərbi xidmət və hərbçi əmək fəaliyyəti

1997-ci il iyul ayının 4-də həqiqi hərbi xidmətə çağırılıb.

1997-ci il iyul ayından 1997-ci ilin sentyabr ayına qədər “N” saylı hərbi hissədə xidmət edib.

1997-ci il sentyabr ayından 1999-cu ilin aprel ayına qədər “N” saylı hərbi hissədə dalğıc-mütəxəssis,

1999-cu ilin avqust ayından 2000-ci ilin iyun ayına qədər “N” saylı hərbi hissədə dəniz dalğıc gəmisinin dalğıc postunun rəisi,

2000-ci ilin iyun ayından 2004-cü ilin yanvar ayına qədər “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstənin xüsusi təyinatlı qrupunun dalğıc-qrup komandirinin müavini,

2004-cü ilin yanvar ayından 2010-cu ilin may ayına qədər yenə də həmin hərbi hissədə Qərargah və təchizat bölüyünün anbar rəisi,

2010-cu ilin may ayından 2017-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə Xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) xüsusi təyinatlı dalğıc kəşfiyyatçısı,

2017-ci ilin mart ayında isə xüsusi təyinatlı taborun (sualtı hücum) xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupun dalğıc kəşfiyyatçısı vəzifəsində xidmət edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub.

Şəhid olması

12 oktyabr 2020-ci il tarixdə – 41 yaşında, Cəbrayıl rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub.

13 oktyabr 2020-ci il tarixdə Göybulaq kəndinin kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Xidməti dövründə 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvə-lərinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.

Ailəsi

Ailədə bir bacı və üç qardaş olublar.

Ailəli idi, şəhid olarkən bir oğlu və bir qızı vardı.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : MƏRDAN Əhməd oğlu Mehdizadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video