Məsud xan Şəki
Məsud xan Şəki (1917-1983) - İran ordusunun polkovniki, Şəki atçılıq məktəbinin yaradıcısı, Səlim xanın törəməsi.
Həyatı
Məsud xan Şeyxəli xan oğlu 1917-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra orta məktəbdə oxumuşdu. Daha sonra Fransaya yollanmış, idman akademiyasında minicilik ixtisasına yiyələnmişdi. İrana qayıdandan sonra orduya çağrılmışdı. Süvari orduda əsgərlərin təlimi ilə məşğul olmuşdu. Sərhəng (polkovnik) rütbəsi ilə ordudan tərxis olunmuşdu. İran Çövkən komandasına başçılıq etmişdi. Məsud xan Şəki Tehranda “Məktəbi-Şəki” adlı minicilik məktəbi açmışdı. Onun və türkmən süvarisi Xudaqulu Ağın səyi ilə qısa vaxt ərzində yaradılan məktəb elə həmin il atçılıq idmanı üzrə keçirilən yarışda birinci yeri tutdu. “Məktəbi-Şəki” atçılıq mərkəzinin yetirmələri İranı bir çox beynəlxalq yarışlarda təmsil etmişdilər. Məsud xan Şəki 1980-ci ildə Moskvada, olimpiadada iştirak etmişdi. Məsud xan Şəki Tehranda böyük bağ salmışdı. Məsud xan Şəki 1983-cü ildə vəfat edib. Məsud xan alman əsilli bir xanımla ailə qurmuşdu. Babək xan, Zamin xan adlı oğlanları var.
Mənbə
- Ənvər Çingizoğlu, Şəkinskilərin İran qolu haqqında araşdırma,"Soy" еlmi-kütləvi dərgi, 2012, №12, s.23-27