Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mərdan Mehdizadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:06, 3 noyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mərdan
Mehdizadə
Mehdizadə Mərdan Əhməd oğlu
Mərdan Mehdizadə
Mərdan Mehdizadə.
Doğum tarixi 25 mart 1979(1979-03-25)
Doğum yeri Göybulaq, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 12 oktyabr 2020 (41 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Göybulaq kəndinin qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Əkrəm və Əfşan
Atası Əhməd
Anası Solmaz
Həyat yoldaşı Leyla
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 1997 — 2020
Rütbə OR-9 AZE NAVY.svg baş miçman
Təltifləri "Qarabağ" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı"Qüsursuz xidmətə görə" I dərəcəli medalı"Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021

Mərdan Mehdizadə (1979–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş miçmanı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

25 mart 1979-cu il tarixdə Şəki rayonunun Göybulaq kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1985 – 1991-ci illərdə Göybulaq kənd natamam orta məktəbində,

1991 – 1996-cı illərdə isə Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbində təhsil alıb.

1999-cu ilin aprel ayından 1999-cu ilin avqust ayına qədər Bakı Ali Dənizçilik məktəbində,

2000-ci ilin yanvar ayından 2000-ci ilin mart ayına qədər isə İstanbulda (Türkiyə) xüsusi hərbi kurs keçib.

Hərbi xidmət və hərbçi əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1997-ci il iyul ayının 4-də həqiqi hərbi xidmətə çağırılıb.

1997-ci ilin iyul ayından 1997-ci ilin sentyabr ayına qədər “N” saylı hərbi hissədə xidmət edib.

1997-ci il sentyabr ayından 1999-cu ilin aprel ayına qədər “N” saylı hərbi hissədə dalğıc-mütəxəssis,

1999-cu ilin avqust ayından 2000-ci ilin iyun ayına qədər “N” saylı hərbi hissədə dəniz dalğıc gəmisinin dalğıc postunun rəisi,

2000-ci ilin iyun ayından 2004-cü ilin yanvar ayına qədər “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstənin xüsusi təyinatlı qrupunun dalğıc-qrup komandirinin müavini,

2004-cü ilin yanvar ayından 2010-cu ilin may ayına qədər yenə də həmin hərbi hissədə Qərargah və təchizat bölüyünün anbar rəisi,

2010-cu ilin may ayından 2017-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə Xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) xüsusi təyinatlı dalğıc kəşfiyyatçısı,

2017-ci ilin mart ayından isə xüsusi təyinatlı taborun (sualtı hücum) xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun dalğıc kəşfiyyatçısı vəzifəsində xidmət edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub.

Şəhid olması[redaktə | HTML redaktə]

12 oktyabr 2020-ci il tarixdə – 41 yaşında, Cəbrayıl rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub.

13 oktyabr 2020-ci il tarixdə Göybulaq kəndinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Digər[redaktə | HTML redaktə]

2003-cü ildə keçirilmiş Azərbaycan Silahlı Qüvvələrinin armrestlinq çempionatında 90 kq-lıq çəki dərəcəsi üzrə 2-ci yeri tutmuşdu.

Ailəsi[redaktə | HTML redaktə]

Ailədə bir bacı və üç qardaş olublar.

Ailəli idi, şəhid olarkən bir oğlu və bir qızı vardı.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 04.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 9 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 29.08.2022.
  5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
  6. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : MƏRDAN Əhməd oğlu Mehdizadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video[redaktə | HTML redaktə]