Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mahir Əyyubov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:10, 23 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahir Əyyubov
Mahir Əyyubov
Mahir Əyyubov
Doğum tarixi 1951
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2000

Mahir Əyyubov (Əyyubov Mahir Ələkbər oğlu; d.  1951-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – tanınmış pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar

1951-ci ildə Nuxada anadan olub.

1957 – 1958-ci ilərdə 1 saylı, 1959 – 1968-ci illərdə isə 2 saylı Nuxa şəhər orta məktəbdində oxuyub.

1968 – 1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

1973-cü ildə təyinatla Şəki şəhər 11 saylı tam orta məktəbə fizika müəllimi işləməyə göndərilib.

Sonralar 20 saylı orta məktəbdə təşkilatçı, dərs hissə müdiri vəzifələrində çalışıb.

Tədris prosesində yeni təlim-tədris metodlarının tərtib və tədbiq edilməsində nailiyyətlərinə görə 1987-ci ildə "Metodist Müəllim" adına, 1993-cü ildə "Xalq Təhsili Əlaçısı" adına layiq görülüb.

1994-cü ildə kompüter proqramlarının respublika baxış müsahibəsinin qalibi olub.

Tədris ilinin yekunlarına görə dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Şəki Təhsil Şöbəsinin fəxri fərmanları, fiplomları və digər mükafatları ilə təltif olunub.

Ondan çox müxtəlif dərəcəli sertifikatlar almışdır.

2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” Fəxri adına layiq görülüb.

Aidiyyəti linklər