Mahir Xəlifəzadə — peşəkar diplomat, biologiya elmləri namizədi (Ph.D.), siyasi elmlər üzrə professor, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri[1]. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində (ABŞ və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.

Mahir Xəlifəzadə
Xəlifəzadə Mahir Çingiz oğlu
ing. Mahir Khalifa-zadeh
Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə, 5 iyun 2021-ci il.
Doğum tarixi 25 dekabr 1961 (1961-12-25) (62 yaş)
Doğum yeri Tbilisi, Flag of the Georgian Soviet Socialist Republic (1951–1990).svg Gürcüstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi biologiya elmləri namizədi (Ph.D.)
Elmi adı siyasi elmlər üzrə professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1979–1984)

 • SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzi, Nəzəri və Təcrübi Biofizika İnstitutu, məqsədli aspirantura (Moskva, 1988–1992)
Atası Çingiz Xəlifəzadə
Anası Solmaz Xəlifəzadə
saytı
linkedin səhifəsi

Haqqında məlumatlar

25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.

Təhsili

1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbində,

1979 – 1984-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,

1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.

1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

Əmək fəaliyyəti

1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.

1993-cü ildə AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi,

1993 – 1994-ci illərdə Azərbaycan Resuplikası Milli Məclisin yanında Strateji Araşdırmalar Mərkəzinin global siyasət və beynəlxalq təhlükəsizlik məsələlər üzrə şöbə müdiri,

1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib,

1995 – 1998-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb.

1998-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.

2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsində I katib vəzifəsinə (müdir müavini) təyin olunub.

2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.

2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub.

2010-cu ildən Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzində beynəlxalq məsələlər üzrə araşdırmaçı vəzifəsində çalışıb.

2017-ci ildə Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.

İkinci iş yerləri

2008 – 2009 illərdə AMEA İnsan Hüquqları İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

22 dekabr 1992-ci il tarixdə Moskvada “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

41 elmi məqalənin müəllifidir.

İctimai-elmi qurumlarında üzvlüyü

  • Kanada Siyasi Elm üzrə Assosiasiyası (2011-ci ildən);
  • Toronto University (2011-ci ildən);
  • ABŞ Siyasi Elm üzrə Assosiasiyası (2012-ci ildən)
  • World History Encyclopedia (2023-ci ildən)

İstinadlar

Ədəbyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 186-188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Diplomatic List Summer 1999 : AZERBAIJAN : [arx. 3 Jan 2017 - 29 Dec 2020] : [ing.] // U.S. Department of State. — 1999. — 1 June. — Müraciət tarixi: 24.12.2021.

Aidiyyəti linklər

Videolar