Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Mahmud İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:54, 1 avqust 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahmud İsmayılov
(Mahmud İsmayıl)
İsmayılov Mahmud Əliabbas oğlu
Mahmud İsmayılov (Mahmud İsmayıl)
Mahmud İsmayılov
Doğum tarixi 1 sentyabr 1920(1920-09-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 16 avqust 2001 (80 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı proffessor
Təhsili S.M.Kirov adına Azərbay­can Döv­lət Uni­versitetinin tarix fa­kü­ltəsi (–1941)
Tanınır Mahmud İsmayıl
Mükafatları II dərəcəli "Vətən Müharibəsi" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Mahmud İsmayılov (1920–2001) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul idi, bir neçə tarixi və bir xronoloji romanı çap olunmuşdur.

Haqqında məlumatlar

1 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941-ci ildə S.M.Kirov adına Azərbay­can Döv­lət Uni­versitetinin tarix fa­kü­ltəsini bitirib.

Hərbi xidmətdə

Böyük Vətən müharibəsi (1941 – 1945) iştirakçısıdır.

Əmək fəaliyyəti

1946-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant kimi başlamış, sonra həmin institutda aspirant, kiçik elmi işçi, baş elmi işçi olmuş, 1952-ci ildə Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri, 1954 – 1968-ci illərdə institutun direktor müavini, 1968 – 1983-cü illərdə şöbə müdiri, 1983-cü ildən yenidən direktor müavini olmuş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

Elmi fəaliyyəti

1949-cu ildə elmlər namizədi elmi dərəcəsi,

1962-ci ildə elmlər doktoru elmi dərəcəsi,

1963-cü ildə isə professor elmi adı alıb.

1983-cü ildə Azər­baycan SSR Elmlər Aka­demiyasının müxbir üzvü seçilib.

Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllə­rin­də Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfa­tının tarixi prob­lem­­lə­ri­nin tədqiqi olmuşdur. Onun “Azər­bay­can dövlət kəndliləri XIX əsrin sonunda” (1957), “XX əsrin əvvəllərində Azər­bay­ca­nın kənd təsərrü­fatı” (1960), “XIX əsrin sonu və XX əs­rin əvvəllə­rində Azərbaycanın kənd təsər­rü­fa­tında kapita­lizm” (1964), “İm­­perializm döv­ründə Azər­bay­canın so­sial-iqti­sadi struk­tu­ru” (1982) və b. əsər­lə­rin­də Şimali Azər­bay­canın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.

Mahmud İsmayılov üç cildlik “Azərbaycan ta­rixi”nin əsas müəlliflərindən biri, yeddi cildlik “Azə­rbaycan tarixi”nin IV və V cildlərinin mə­sul redaktoru olmuşdur. Onun 1992-ci ildə çap­dan çıxmış “Azərbaycan tarixi” əsəri də­fə­lərlə nəşr olun­muşdur.

Mahmud İsmayılov Moskvada nəşr olun­muş “SSRİ-də tarix elminin tarixi” (1955), “Qaf­qaz xalqları” (1962) və b. əsərlərin ya­zıl­ma­sın­da yaxından iştirak etmişdir. O, An­ka­ra, Kay­seri, Paris, Roma, Moskva və baş­qa şə­hər­lərdə keçirilən beynəlxalq elmi kon­frans­­lar­da iştirak etmişdir.

Mahmud İsmayılovun rəhbərliyi ilə 25-dək na­­mizədlik və doktorluq disser­tasi­ya­sı mü­da­­fiə olunmuşdur.

Bədii yaradıcılığı

“Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında” adlı tarixi, “Sənin ulu baban” adlı xronoloji romanların müəllifidir.

Vəfatı

16 avqust 2002-ci il tarixdə Bakıda vəfat edib.

Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq yayılıb.

Təltif və mükafatları

İstifadə edilmiş mənbələr

  1. İsmayılov Mahmud Əliabbas oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 597. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. İsmayılov Mahmud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 284 – 286. — 1.000 nüsx.
  3. "Vəfat etmiş müxbir üzvlər/İsmayilov Mahmud Əliabbas oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
  4. "MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV (nekroloq)". azertag.az (azərb.). AZƏRTAC. 17.08.2001. 9 Apr 2015 tarixində arxivləşdirilib.
  5. "Bu gün alim Mahmud İsmayılovun anadan olduğu gündür". cls.az (azərb.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 1 Sentyabr, 2015. 17 Aug 2020 tarixində arxivləşdirilib.