Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mahmud İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:21, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahmud İsmayılov
Mahmud Əliabbas oğlu İsmayılov
Mahmud İsmayılov
Doğum tarixi 1 sentyabr 1920(1920-09-01)
Doğum yeri Şəki
Vəfat tarixi 16 avqust 2001 (80 yaşında)
Elm sahəsi tarix
Mükafatları «Qafqazın müdafiəsinə görə»

Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 192016 avqust 2001) — Azərbaycan tarixçisi.

Həyatı

Mahmud Əliabbas oğlu 1920-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilmişdir.

M.Ə.İsmayılov 1946-cı ildən AEA-nın Tarix İnstitutunda işə başlamış, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və «Azərbaycanın yeni tarixi» şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

M.Ə.İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun «Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda» (1957), «XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı» (1960), «XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm» (1964), «İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu» (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının dünya sivilizasiyasının getdiyi yolla həmahəng inkişaf etdiyi sübut olunur.

M.Ə.İsmayılov 3 cildlik «Azərbaycan tarixi»nin əsas müəlliflərindən biri, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olmuşdur. Onun 1992-ci ildə çapdan çıxmış «Azərbaycan tarixi» əsəri dəfələrlə nəşr olunmuşdur.

M.Ə.İsmayılov Moskvada nəşr olunmuş «SSRİ-də tarix elminin tarixi» (1955), «Qafqaz xalqları» (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak etmişdir. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.

M.Ə.İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.

AEA-nın müxbir üzvü M.Ə.İsmayılov «1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə», «Qafqazın müdafiəsinə görə» medalları və fəxri fərmanlarla təltif olunmuşdur.

İstinadlar


Həmçinin bax