Mahmud Berköz (1895–1989) — tanınmış türk hərbçisi və Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki. Müxtəlif illərdə Türkiyə müdafiə nazirinin müavini, Türkiyənin Üçüncü Ordu komandanı və s. məsul hərbi vəzifələrdə çalışmışdır. Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Nuri Berközün qardaşıdır.

Mahmud Berköz
Berköz (Sarıkərimli) Mahmud Hacı İlyas oğlu
türk.: Mahmut Berköz
Mahmud Berköz
Mahmud Berköz, 1950-ci il.
Doğum tarixi 1895(1895-00-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 aprel 1989 (94 yaşında)
Vəfat yeri Flag of Turkey.svg Türkiyə
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıOttoman flag.svg Osmanlı dövləti→Flag of Turkey.svg Türkiyə
Mənsubiyyəti Türkiyə Silahlı Qüvvələri
Atası Hacı İlyas Sarıkərimli
Hərbi fəaliyyəti
Xidmət illəri 1912 – 1951
Rütbə general-polkovnik
İstefada 1951

Haqqında məlumatlarRedaktə

1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.

TəhsiliRedaktə

1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.

1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.

1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.

Hərbçi və əmək fəaliyyətiRedaktə

1912-ci ildən sonra müxtəlif bölgələrdə topçu zabit kimi xidmət göstərib.

1946-cı ildə general–polkovnik rütbəsi alıb.

1948-ci ildən Türkiyə müdafiə nazirinin müavini olub.

1949-cu ilin sonunda Üçüncü Ordu komandanı təyin edilib.

1950 – 1951-ci illərdə Türkiyə Milli Təhlükəsizlik Təşkilatının baş katibi vəzifəsində çalışıb.

VəfatıRedaktə

23 aprel 1989-cu il tarixdə – 94 yaşında, İstanbulda vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Гулиев В. Азербайджанские генералы турецкой армии (rus.) // Зеркало : газета. — Баку, 2009. — № 34. — Səh. 33-34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 oktyabr 2021.
  2. Tahirzade A. Şekililer Osmanlı Sarayında ve Türkiye Ordusunda : [arx. 31.10.2021] : [tur.] // Türk Yurdu Dergisi. — 2011. — 1 Temmuz. — Müraciət tarixi: 31.10.2021.
  3. Bərköz Mahmud Hacı İlyas oğlu Sarıkərimli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 596-597. — ISBN 978-9952-441-11-6.