Mahmud Rüstəmov — tanınmış heykəltəraş, Bakıdakı “Ana harayı” abidəsinin həmmüəlliflərindən biri. Rəngkarlıq və qrafika ilə də məşğuldur.

Mahmud Rüstəmov
Rüstəmov Mahmud Aslan oğlu
Mahmud Rüstəmov
Mahmud Rüstəmov.
Doğum tarixi 13 iyun 1967 (1967-06-13) (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (1982–1986)

 • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti, heykəltəraşlıq fakültəsi (1986–1992)

 • SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanaları, aspirantura (1995–1998)
Atası Aslan Rüstəmov
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

13 iyun 1967-ci il tarixdə Bakıda anadan olub.

Təhsili Redaktə

1982 – 1986-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1986 – 1992-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltəraşlıq fakültəsində təhsil alıb.

1995 – 1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub.

Yaradıcılığı Redaktə

“Ana harayı” abidəsi ilə yanaşı, Bakıdakı Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası), Mirməmməd Cavadzadənin qəbirüstü abidəsinin (Fəxri xiyaban), həmçinin, Goranboydakı “Xocalı faciəsi” abidəsinin, Həştərxandakı (Rusiya) Müslüm Maqomayevin büstünün (atası Aslan Rüstəmov və qardaşı Teymur Rüstəmov ilə birlikdə), 2021-ci ildə Şuşada təntənəli açılışı olmuş Üzeyir Hacıbəylinin heykəlinin (atası Aslan Rüstəmov ilə birlikdə) də həmmüəlliflərindən biridir.

İştirak etdiyi rəsm sərgilərinin siyahısı Redaktə

1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi;

1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan);

1987 və 1988-ci illərdə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi;

1990-cı ildə Fransanın Avinyon şəhərində təşkil olunmuş sərgi;

1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi;

1996-cı ildə Bakı İncəsənət Mərkəzində təşkil olunmuş sərgi;

1997-ci ildə Azərbaycan Respublika Sarayında təşkil olunmuş sərgi;

1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi;

1998-ci ildə “Yeddinci mərtəbə” qalereyasında təşkil olunmuş sərgi;

1999, 2000, 2001-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi;

2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda və İran mərkəzinin sərgi salonunda təşkil olunmuş sərgilər;

2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi;

2007-ci ildə “5+” sərgisi və “Göyqurşağının 7 rəngi” sərgisi;

2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi;

2010-cu ildə “Mövzular” adlı sərgi.

Fərdi sərgiləri Redaktə

1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində fərdi sərgisi keçirilib.

21 iyun – 10 iyul 2019-cu il tarixləri arasında Bakıda – Muzey Mərkəzində, “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçirilib.

Təltif və mükafatları Redaktə

2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülüb.

Ədəbiyyat Redaktə

  1. Гармония арт-искусства семьи Рустамовых : [arx. 24 Aug 2017 - 14 Apr 2021] : [rus.] // Блог Бахрама Багирзаде. — Müraciət tarixi: 15.11.2021.
  2. Muzey Mərkəzində rəssam Mahmud Rüstəmovun fərdi sərgisi keçiriləcək : [arx. 30.08.2021] // APA. — 2019. — 18 iyun. — Müraciət tarixi: 30.08.2021.