Mahmud Xəlilov
Mahmud Xəlilov | |
---|---|
Xəlilov Mahmud Yusif oğlu | |
![]() | |
Mahmud Xəlilov. |
Mahmud Xəlilov — coğrafiya elmləri doktoru, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
19 aprel 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1949-cu ildə Qazax şəhərində orta məktəbi bitirib.
1949 – 1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1954 – 1958-ci illərdə Moskva Aerofoto-Meşəquruluşu Trestinin ikinci ekspedisiyasında taksator kimi Uzaq Şərq, Ural, Sibir və Moskva ətrafı meşələrində meşəquruluşu işləri aparıb.
1959-cu ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq eroziyası stansiyasında kiçik elmi işçi vəzifəsinə götürülüb.
1964 – 1969-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunda şöbə müdiri,
1969 – 1975-ci illərdə Azərbaycan SSR EA Coğrafiya institutunda baş elmi işçi,
1976 – 1982-ci illərdə Azərbaycan SSR EA Botanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1982-ci ildən isə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1964-cü ildə Novoçerkask Mühəndis-Meliorasiya İnstitutunda «Qutqaşen rayonunda torpaq eroziyası və onunla mübarizənin elmi əsasları» mövzusunda namizədlik dissertasiyasını,
1990-cı ildə isə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda «Azərbaycanın meşə ekosistemləri və onların antropogen dinamikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
185-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiya və kitabçanın müəllifidir.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 58 – 59. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
- ...
- ...
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...