Mais Əmrahov
Mais Əmrahov | |
---|---|
Əmrahov Mais İsrail oğlu | |
Mais Əmrahov. |
Mais Əmrahov — tarix üzrə elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri.
Haqqında məlumatlar
2 may 1948-ci il tarixdə Nuxa rayonunun Cəfərabad kəndində anadan olub.
Təhsili
1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1970 – 1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi,
1973 – 1979-cu illərdə Göybulaq kənd məktəbində direktor,
1979 – 1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri,
1989 – 1991-ci illərdə Şəki 43 saylı texniki peşə məktəbinin direktoru,
1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim,
1992 – 1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor,
1994 – 1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri,
1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri,
2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist,
2001 – 2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri,
2007 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini vəzifəsində çalışıb.
2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında professor,
2019-cu ilin iyul ayından A.A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Ədəbiyyat
- .
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 116-117. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
.