Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Qarabağ" ordeni

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:24, 4 dekabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Qarabağ" ordeni
AZ Karabakh order ribbon.png Karabakh order.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip orden
Status təqdim olunur
Statistika
Təsis tarixi 26 noyabr 2020
Birinci təltif 9 dekabr 2020
Təltiflərin sayı 204 nəfər
Ardıcıllıq
Daha yüksək mükafat "Zəfər" ordeni
Daha kiçik mükafat "İstiqlal" ordeni

"Qarabağ" ordeni — Azərbaycanın hərbi ordeni. İkinci Qarabağ müharibəsində qələbə münasibəti ilə təsis edilmişdir.

Təsis edilməsi

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]

Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Həmin qanunda deyilir:

Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır.

— ordenin STATUTU[3]

Təsviri

Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının "Qarabağ" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ" sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.
2.2. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur.
2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.
4.3. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.
4.4. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.

— ordenin TƏSVİRİ[4]

Təltif edilənlər

İstinadlar

  1. ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  2. "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". report.az. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  3. 3,0 3,1 "Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 12 dekabr 2020.
  4. 4,0 4,1 "Azərbaycan Respublikasının "Qarabağ" ordeninin təsviri". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 12 dekabr 2020.