Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Azərbaycan Bayrağı" ordeni

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis "Azərbaycan Bayrağı" ordeni səhifəsinin adını MediaWiki:Təltif/"Azərbaycan Bayrağı" ordeni olaraq dəyişdi.) tərəfindən edilmiş 19:20, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Azərbaycan Bayrağı" ordeni
Azərbaycan Bayrağı ordeni - lent (2009).png Azərbaycan Bayrağı ordeni-2009.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip orden
Kimə verilir
Orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;

- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
Status təqdim olunur
Statistika
Parametrlər 37 mm x 50 mm
Təsis tarixi 6 dekabr 1993
Ardıcıllıq
Daha yüksək mükafat "Şah İsmayıl" ordeni
Daha kiçik mükafat "Rəşadət" ordeni

"Azərbaycan Bayrağı" ordeni — Azərbaycan Respublikasının ordeni.

Statusu

Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

"Azərbaycan Bayrağı" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şah İsmayıl" ordenindən sonra taxılır.

Təsviri

"Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altındakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür. Üstündəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlibəlavə olunur.

2009-cu ilə qədər 2009-cu ildən
Azerbaijani Flag Order (until 2009).png Azərbaycan Bayrağı ordeni-2009.png
Lent
Azərbaycan Bayrağı ordeni - lent (until 2009).png
Azərbaycan Bayrağı ordeni - lent (2009).png

"Azərbaycan Bayrağı" ordeni poçt markası üzərində

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin 5 sentyabr|sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Azərbaycan Bayrağı" ordeninə həsr olunmuşdur[1][2].

Təltif edilənlər

İstinadlar

Mənbə

  • "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu
  • "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu

Xarici keçidlər

Həmçinin bax