MediaWiki:Təltif/Azərbaycan/"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '{{Mükafat |Adı = "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı |Şəkil = Veteran of Azerbaijani Armed Forces medal.png |Şə...' ilə yarat) tərəfindən edilmiş 20:27, 6 dekabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
AZ Veteran of Azerbaijani Armed Forces medal ribbon.png Veteran of Azerbaijani Armed Forces medal.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status təqdim olunur
Ardıcıllıq
Daha yüksək mükafat "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
Daha kiçik mükafat "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı[1].

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur.

Aypara, ulduz və lent ağ rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

İstinadlar