Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 14:43, 20 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019).png "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı.jpg

Tip Medal
Ardıcıllıq
Daha yüksək mükafat "Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi" yubiley medalı
Daha kiçik mükafat "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsis edildi.

Əsasnamə

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalının əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə tətbiq edildi.

Maddə 1. Təltif edilən şəxslər

  • "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə 2019-cu il avqustun 18-nə qədər müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd mühafizə orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd mühafizə orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Təsviri

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2018-ci il tarixli 432 nömrəli Fərmanı ilə tətbiq edildi.

Maddə 1. Medalın ümumi təsviri

  • "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm. olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

  • "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalının ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
  • Xarici və daxili çevrələr arasında yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə "AZƏRBAYCAN", aşağı hissədə "SƏRHƏD MÜHAFİZƏSİ" sözləri yazılmışdır.
  • Yazıların arasında hər birinin diametri 2 mm. olan 2 səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
  • Daxili çevrənin içərisində doğan günəş fonunda yuxarı hissədə Azərbaycanın Dövlət Gerbi, aşağı hissədə palıd yarpaqlarından ibarət çələng, Dövlət Gerbi ilə çələngin arasında "100" rəqəmləri həkk olunmuşdur.
  • Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

  • "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalının arxa tərəfində xarici və daxil çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
  • Xarici və daxili çevrələr arasında qövs boyunca yuxarı hissədə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı hissədə "DÖVLƏT SƏRHƏD XİDMƏTİ" sözləri yazılmışdır.
  • Yazıların arasında hər birinin diametri 1.8 mm. olan 2 səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
  • Daxili çevrənin içərisində yuxarı hissədə səkkizguşəli ulduz, aşağı hissədə sünbül çələngi, çələngin üzərindən səkizguşəli ulduza doğru üstü Azərbaycan Dövlət Bayrağının rənglərində mina ilə örtülmüş sərhəd nişanı həkk olunmuşdur.
  • Sərhəd nişanlarından sol tərəfdə "1919", sağ tərəfdə "2019" rəqəmləri yazılmışdır.
  • Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 4. Medalın elementləri

  • Naxışlar, səkkizguşəli ulduz və çələng qabarıqdır.
  • Xara lentin ortasında Azərbaycan Dövlət Bayrağının rənglərini əks etdirən və hər birinin eni 3 mm. olan 3 şaquli zolaq, ortasından sol və sağ kənarlara doğru ardıcıl olaraq, 1 mm. enində ağ, 7 mm. enində qızılı, 1.5 mm. enində ağ və 4.5 mm. enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən ibarət üz çəkilmiş 37 mm. x 10 mm. ölçüsü əlavə edilir.

Həmçinin bax