MediaWiki:Təltif/Azərbaycan/"Cəsur döyüşçü" medalı

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:26, 15 sentyabr 2022 tarixli dəyişiklik
"Cəsur döyüşçü" medalı
AZ Brave warrior medal ribbon.png Cəsur Döyüşçü medalı.svg

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 26 noyabr 2020
Ardıcıllıq
Daha yüksək mükafat "İgidliyə görə" medalı
Daha kiçik mükafat "Döyüşdə fərqlənməyə görə" medalı

"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.

Təsis edilməsi

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]

Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Əsasnamədə deyilir:

Maddə 1. Təltif edilən şəxslər

"Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

"Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.

— medalın ƏSASNAMƏSİ[3]

Təsviri

Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]

Maddə 1. Medalın ümumi təsviri

"Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır.
2.2. Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.3. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "CƏSUR DÖYÜŞÇÜ" sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur.
2.4. Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur.
2.5. Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur.
2.6. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

— medalın TƏSVİRİ[4]

İstinadlar

  1. ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  2. "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". report.az. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  3. 3,0 3,1 ""Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.
  4. 4,0 4,1 ""Cəsur döyüşçü" Azərbaycan Respublikası medalının təsviri". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.

Həmçinin, bax: