MediaWiki:Təltif/Azərbaycan/"Qüsursuz xidmətə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) (Səhifəni '{{Digər məna|"Qüsursuz xidmətə görə" medalı}}{{Mükafat |Adı = Qüsursuz xidmətə görə medalı |Şəkil = Qüsursuz xidmətə görə 1-ci...' ilə yarat) tərəfindən edilmiş 11:50, 1 oktyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Qüsursuz xidmətə görə medalı
"Qüsursuz xidmətə görə" medalı

Ölkə Azərbaycan
Ardıcıllıq
Daha yüksək mükafat "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
Daha kiçik mükafat "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Qüsursuz xidmətə görə medalı — [Azərbaycan Respublikasının medalı.[1]

"Qüsursuz xidmətə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində açılmış qartal qanadları fonunda çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Medalın yuxarısında milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz, aşağısında isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.

Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi qızılı rəngli, 1-ci dərəcəsi qızılı rəngli, aypara ilə ulduz ağ, tüfənglər gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthlidir, ortasında 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Çevrə boyunca yuxarıda "Azərbaycan Respublikası", aşağıda isə "Silahlı Qüvvələri" sözləri həkk olunmuşdur.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri - 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Zeytun rəngin ortasında medalın 1-ci dərəcəsi üçün eni 1 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçün eni 1 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

İstinadlar