Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Vətən uğrunda" medalı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:51, 8 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Vətən uğrunda" medalı
AZ For the Fatherland Medal ribbon (2nd version).svg Vətən uğrunda medalı.jpg

Ölkə Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 29 dekabr 1998
Ardıcıllıq
Daha yüksək mükafat "Qızıl Ulduz" medalı
Daha kiçik mükafat "İgidliyə görə" medalı

"Vətən uğrunda" medalı — Azərbaycanın dövlət təltifi (medal). "Vətən uğrunda" medalı, Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsis edilib. Heydər Əliyevin 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə isə, medalın təsviri təsdiq edilib.

Əsasnaməsi

Təsviri

"Vətən uğrunda" medalının təsviri, Heydər Əliyevin 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edildi.

"Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli dairəvi lövhədən ibarətdir.
Medalın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin, onun altında iki kəsişən qılıncın təsviri yerləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin təsviririnin yuxarısında çevrə boyunca "VƏTƏN UĞRUNDA" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd palıdı rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq palıdı rəngdə olan həmin zolqaların 15 mm olanı mərkəzdə zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Həmçinin bax

İstinadlar