Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı
Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) yubiley medalı - lent.jpg "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalının ön tərəfi.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Statistika
Təsis tarixi 24 aprel 2018

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.

Əsasnaməsi

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.[1]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalından sonra taxılır.

— medal haqqında ƏSASNAMƏ[1]

İstinadlar

  1. 1,0 1,1 ""Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". president.az. 10 may 2018. İstifadə tarixi: 5 fevral 2020.