Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Şöhrət" ordeni

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis "Şöhrət" ordeni (Azərbaycan) səhifəsinin adını MediaWiki:Təltif/"Şöhrət" ordeni (Azərbaycan) olaraq dəyişdi.) tərəfindən edilmiş 19:32, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şöhrət ordeni
Şöhrət ordeni - lent (2009).png Şöhrət ordeni-2009.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip orden
Status təqdim olunur
Statistika
Parametrlər 37 mm x 50 mm
Təsis tarixi 6 dekabr 1993
Ardıcıllıq
Daha yüksək mükafat "Şərəf" ordeni
Daha kiçik mükafat "Azərbaycan Bayrağı" ordeni

Statusu

1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
  2. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
  3. sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır.

Təsviri

"Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

1993 1994 – 27 may 2009 3 iyun 2009 – indiyə kimi
Şöhrət ordeni-1993.jpg Şöhrət ordeni (Azərbaycan).png Şöhrət ordeni-2009.png
Lent
Şöhrət ordeni - lent (1994-2009) - 2.png
Şöhrət ordeni - lent (2009).png

Poçt markası üzərində

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şöhrət" ordeninə həsr olunmuşdur.[1][2]

İstinadlar

Mənbə

Xarici keçidlər

Həmçinin bax