Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan SSR/Azərbaycan SSR Dövlət mükafatı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis Azərbaycan SSR Dövlət mükafatı səhifəsinin adını MediaWiki:Təltif/Azərbaycan SSR Dövlət mükafatı olaraq dəyişdi.) tərəfindən edilmiş 19:09, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Azərbaycan SSR dövlət mükafatı
State Prize of the Azerbaijan SSR.png

Ölkə Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Statistika
Təsis tarixi 1970
Birinci təltif 1972
Son təltif 1991
Ardıcıllıq
Daha yüksək mükafat SSRİ dövlət mükafatı

Azərbaycan SSR dövlət mükafatı — Azərbaycan SSR-in yüksək mükafatlarından biri.[1]

Respublikada elm və texnikanın, ədəbiyyat, incəsənət və arxitekturanın daha da inkişaf etdirilməsinə həvəs oyatmaq məqsədilə, dövlət tərəfindən bəyənilməyə layiq olan elmi işləri və yaradıcılıq işlərini layiqincə və geniş surətdə mükafatlandırmaq lüzumunu nəzərə alaraq, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR dövlət - mükafatlarının təsis olunması haqqında qərar qəbul etmişlər.[2]

Azərbaycan SSR dövlət mükafatları təsis edilmişdir: elm və texnika sahəsində - dörd mükafat (elm üzrə iki mükafat, texnika üzrə iki mükafat), ədəbiyyat, incəsənət və arxitektura sahəsində - üç mükafat, o cümlədən uşaqlardan ötrü yazılmış ədəbiyyat və incəsənət əsərləri üçün bir mükafat.[2]

Azərbaycan SSR dövlət mükafatlarının hər biri 2.500 manat miqdarında müəyyən edilmişdir.[2]

Mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin təqdimatı ilə iki ildə bir dəfə, Azərbaycanda Sovet hakimiyyəti qələbəsinin ildönümü günü verilir. Azərbaycan SSR dövlət mükafatlarına layiq görülən şəxslərə diplom və döş nişanı təqdim edilməklə «Azərbaycan SSR Dövlət mükafatı laureatı» adı verilir.[2]

Azərbaycan SSR dövlət mükafatları komitələrinin qərarları Azərbaycan KP MK və Azərbacan SSR Nazirlər Soveti tərəfindən təsdiq edilərək, respublika mətbuatında dərc olunur.[2]

Azərbaycan SSR Nazirlər Sovetinin dövlət mükafatları komitələrinə tapşırılmışdır ki, Azərbaycan SSR dövlət mükafatları haqqında əsasnaməni, Azərbaycan SSR Dövlət mükafatı laureatının döş nişanı və diplomunun eskizlərini bir ay müddətində hazırlayıb respublika Nazirlər Sovetinin təsdiqinə versinlər.[2]

Həmçinin bax

İstinadlar