Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/SSRİ/Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı
rus.: Медаль «В ознаменование 100-летия со дня рождения Владимира Ильича Ленина»
SU Medal In Commemoration of the 100th Anniversary of the Birth of Vladimir Ilyich Lenin ribbon.svg Jubiäumsmedaille 100. Geburtstag Lenins.jpg

Ölkə Flag of the Soviet Union.svg SSRİ
Tip medal
Statistika
Parametrlər 32 millimetr diametrli bürüncdən dairə
Təsis tarixi 5 noyabr 1969-cu il
Təltiflərin sayı 11 000 000 nəfərdən çox
Ardıcıllıq
Daha yüksək mükafat “Əməkdə fərqlənməyə görə”
Daha kiçik mükafat "Vətən müharibəsi partizanına" medalı

Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir.

Təltif olunanlar

9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir.

Təsviri

Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir.

Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870-1970" tarixi.

Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir.

Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur.

Medalın kənarları bortla haşiyələnmişdir.