Mehman Musabəyli — Bakı Marionet Teatrının aparıcı səhnə ustası. Geniş bədii tərcümə işi ilə də məşğuldur, həmçinin, hekayələr və pyeslər də yazıb. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin ​üzvüdür.

Mehman Musabəyli
Musabəyli Mehman Həsən oğlu
Mehman Musabəyli
Mehman Musabəyli, 2011-ci il.
Doğum tarixi 10 aprel 1971 (1971-04-10) (53 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti 1993-cü ildən
İlk əsəri “Yuxu və yaxud oksigen çatışmazlığı” (hekayə, 1994)
facebook səhifəsi

Haqqında məlumatlar

10 aprel 1971-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1988-ci ildə Şəki şəhər 14 №-li orta məktəbini,

1993-cü ildə Bakı şəhər 12 №-li orta texniki peşə məktəbini (kinomexanik ixtisası üzrə) bitirib.

1998-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun televiziya rejissorluğu fakültəsinə qəbul olunub. Lakin sonra təhsilini davam etdirməyib.

Əmək fəaliyyəti

1991 – 1992-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı,

1992 – 1993-cü illərdə Bakı Uşaq və Gənclər Teatrında baş maşinist,

1993 – 1994-cü illərdə Tərlan Qorçunun Bakı Marionet Teatrında kuklaçı-aktyor vəzifəsində çalışıb.

1994-cü ildən Bakı Marionet Teatrında aparıcı səhnə ustasıdır.

Ədəbi yaradıcılığı

İlk mətbu əsərləri (“Vineqret-1”, "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə “Kefli İsgəndər”, “Tək səbir” və “Press-fakt” qəzetlərində dərc olunub.

Çap olunmuş digər əsərləri

Çap olunmuş digər əsərləri

  • Kiçik hekayələr – “Ulduz” jurnalı, № 3/4, 1998;
  • Qızılgül və qoz ağacı – “Cahan” jurnalı, № 4, 1998;
  • Kağız – “Ulduz” jurnalı, № 11, 1998;
  • Uçan fillər – “Ulduz” jurnalı, № 4, 1999;
  • Adsız çiçək – “Qobustan” jurnalı, № 3, 2004;
  • Homo sapiens – “Ulduz” jurnalı, № 4, 2005;
  • Mükəmməl büdrəyiş – “Ulduz” jurnalı, № 4, 2005;
  • Niftəlinin kəşfləri – “Azərbaycan” jurnalı, № 7, 2006;
  • Otkrıtiya Niftali – “Literaturnıy Azerbaydjan”, № 2 (ruscaya tərcümə edən: Mədinə Eldarova), 2007;
  • Skazka-pereskazka – “Literaturnıy Azerbaydjan”, № 12 (ruscaya tərcümə edən: Vaqif İbrahimoğlu), 2010;
  • Toy səyahəti – “Azərbaycan” jurnalı, № 6, 2013;
  • Yük vaqonu – “Azərbaycan” jurnalı, № 1, 2015;
  • Qruzovoy vaqon – “Literaturnıy Azerbaydjan”, № 2, 2016 (rusca).

Çap olunmuş bədii tərcümələri

Hekayələr
Qabriel Qarsia Markes
  • Bu günlərdən biri – “Ulduz” jurnalı, № 12, 2003;
  • Üç somnambul üçün kədər – “Ulduz” jurnalı, № 12, 2003;
  • Nəhəng qanadlı senyor – “Ulduz” jurnalı, № 1, 2005;
  • İtmiş çağların dənizi – “Azərbaycan” jurnalı, № 4, 2016.
Slavomir Mrojek
  • Yay günü – “Azərbaycan” jurnalı, 2019, № 10.
Eduardo De Filippo
  • Ruhlar – “Azərbaycan” jurnalı, № 10, 2005.
Oldos Haksli
  • Bioqrafiyası və “Esselər” – “Xəzər” jurnalı, 2006, № 3.

Çap olunmuş kitabları

  • Hikmət Aydınoğlu – Bakı, Tutu Uşaq Nəşriyyatı, 144 səh., 2001 (ruscadan tərcümə);
  • Demokratiya labirintləri” – Bakı, Tutu Uşaq Nəşriyyatı, 144 səh., 2001 (ruscadan tərcümə);
  • Hans Xristian Andersen – Bakı, Tutu Uşaq Nəşriyyatı, 28 səh., 2005 (ruscadan tərcümə);
  • “Ole-Lukoye və başqa nağıllar” – Bakı, Tutu Uşaq Nəşriyyatı, 28 səh., 2005 (ruscadan tərcümə);
  • Haldun Taner – Bakı, Yom yayınları, 76 səh., tiraj 500, 2007 (türkcədən tərcümə);
  • Günün adamı – Bakı, Yom yayınları, 76 səh., tiraj 500, 2007 (türkcədən tərcümə).

Səhnəyə qoyulmuş pyesləri

  • Şəngül, Şüngül, Məngül — Pantomim Teatrı – rejissor: Bəxtiyar Xanızadə, 1996.
  • Divin oğul dərdi — Şəki Dövlət Dram Teatrı – rejissor: Mirbala Səlimli, 1997.
  • Randevu — “Səda” Teatrı – rejissor: Pünhan Həsənli, 1997.
  • Div oğlu Div — İrəvan Teatrı – rejissor: Vidadi Əliyev, 1998.
  • E. de Filippo “Ruhlar” — Şəki Dövlət Dram Teatrı – rejissor: Mirbala Səlimli, 2001.
  • Adsız çiçək — Dövlət “YUĞ” Teatrı – rejissor: Günay Səttarova, 2005.
  • Jan-Batist Molyer “Xəsis” — Şəki Dövlət Dram Teatrı, 2008 – rejissor: Mirbala Səlimli.
  • Xallı keçinin qisası — Şəki Dövlət Dram Teatrı – rejissor: Əbülfət Salahov, 2007.
  • Toy səyahəti — Dövlət Yuğ Teatrı – rejissor: Mikayıl Mikayılov, 2017.
  • Falk Rixter “Güvən” — ADO Teatrı – rejissor: Elso Furtado, 2019.

Digər

1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının,

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin ​üzvüdür.

2005-ci ildə Polşada,

2008-ci ildə Almaniyada,

2009-cu ildə İsveçrədə teatr qastrollarında olub.

2003-cü ildə “Kağız” hekayəsi ilə “I Proza N” müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer).

Ədəbiyyat

  1. "HAQQIMIZDA/Üzvlər/M/Musabəyli Mehman Həsən oğlu". http://teatrittifaqi.az/ (azərb.). Azərbaycan Teatr Xadimləri İttifaqı. 2 Nov 2013 – 3 Aug 2020 tarixində arxivləşdirilib.
  2. Orsər R. Mehman Musabəyov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 757-760. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.