Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Mikayıl Cəbrayılov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 75: Sətir 75:
  
 
== Mənbə ==
 
== Mənbə ==
*{{İŞQ|Ağlama, anam, Ağlama!|9 – 13}};
+
*{{ŞQ|Ağlama, anam, Ağlama!|9 – 13}};
 
*{{kitab3 | müəllif = Vüqar Əsgərov | hissə = | hissənin linki = | başlıq = Azərbaycanın Milli Qəhrəmanları | orijinal = | link =https://ia601500.us.archive.org/23/items/AMQ2005/AMQ%202005.pdf | cavabdeh = Redaktor: Kamil İsmayılov | nəşr = | yer = Bakı | nəşriyyat = Qapp-poliqraf | il = 2005 | cild = | səhifə = 25 | səhifələr = 250 | seruya = | isbn = | doi = | tirac = 500 | ref = az}}
 
*{{kitab3 | müəllif = Vüqar Əsgərov | hissə = | hissənin linki = | başlıq = Azərbaycanın Milli Qəhrəmanları | orijinal = | link =https://ia601500.us.archive.org/23/items/AMQ2005/AMQ%202005.pdf | cavabdeh = Redaktor: Kamil İsmayılov | nəşr = | yer = Bakı | nəşriyyat = Qapp-poliqraf | il = 2005 | cild = | səhifə = 25 | səhifələr = 250 | seruya = | isbn = | doi = | tirac = 500 | ref = az}}

00:30, 20 iyun 2020 versiyası

Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov
Doğum tarixi 27 aprel 1952(1952-04-27)
Doğum yeri Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 dekabr 1990 (38 yaşında)
Vəfat yeri Xocalı rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Hərbi fəaliyyəti
Təltifləri Şablon:Qırmızı Ulduz" ordeni Azərbaycanın Milli Qəhrəmanı

Mikayıl Cəbrayılov (Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d.  27 aprel 1952-ci il, Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ — ö.  15 dekabr 1990-cu il, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı milis zabiti, Azərbaycanın milli qəhrəmanı, Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğlu.

Haqqında məlumatlar

Monument and grave of Mikayil Jabrayilov in Okhud village of Shaki.JPG

1952-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.

1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.

1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.

1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.

1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.

1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi...

12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.

Ailəli idi. Bir övladı var.

Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.

Şəki rayonunun Oxud kəndində dəfn edilib.

Şəki şəhərində adına küçə var.

Həlak olduğu kənd onun adını daşıyır.

Şablon:Yaxşı məqalə

Mənbə