Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Minayə Həmidova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:12, 29 aprel 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Minayə Həmidova
Həmidova Minayə Məcid qızı
Minayə Həmidova
Minayə Həmidova.
Doğum tarixi 5 noyabr 1918(1918-11-05)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 1 fevral 1997 (78 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Nuxa pedaqoji məktəbi (1936)
Adının digər versiyaları Minaye Hemidova, Minaya Hamidova, Миная Гамидова, Минајә Һәмидова

Minayə Həmidova (1918–1997) — sovet dövründə Şəkidə tanınmış yerli sovet işçisi. 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və həm də icraiyyə komitəsinin katibi seçilmişdir.

Haqqında məlumatlar

5 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1936-cı ildə Nuxa pedoqoji məktəbini bitirib.

Əmək fəaliyyəti

1936-cı ildə Nuxa rayon maarif şöbəsində katibə olaraq əmək fəaliyyətinə başlayıb.

5 yanvar 1940-cı il tarixdə birinci çağırış Nuxa şəhər zəhmətkeş deputatları sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin katibi seçilib və 1973-ci ildəki seçki də daxil olmaqla dalbadal 14 çağırış (bəzən rayon soveti, bəzən isə şəhər sovetinin) müddətində bu vəzifədə çalışıb.

Təltif və mükafatları

Vəfatı

1 fevrel 1997-ci iltarixdə – 78 yaşında, Şəkidə vəfat edib. Şəkidə köhnə bazarın yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.

Ailəsi

Ailədə üç qardaş və iki bacı olublar. Ərə getməyib.

Ədəbiyyat

  1. Səfərova R. Mənalı ömrün səhifələri // Şəki fəhləsi : qəzet. — Şəki, 1973. — В. 28 iyul. — № 88 (7.976).

Həmçinin, bax: