Mirəli Axundov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 03:02, 23 noyabr 2022 tarixli redaktə
Mirəli Axundov
Axundov Mirəli Abdulla oğlu
Mirəli Axundov
Mirəli Axundov.
Doğum tarixi 22 fevral 1902(1902-02-22)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 10 may 1992 (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elm sahəsi genetika
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
Uşaqları Fuad Axundov, Ellada Axundova
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1943“Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1969
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Mirəli Axundov (1902–1992) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət – 50 ildən artıq bir müddət ərzində, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri vəzifəsində çalışıb.

Haqqında məlumatlar

22 fevral 1902-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1919 – 1923-cü illərdə Qori Müəllimlər Seminariyasında,

1926 – 1930-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (biologiya ixtisası) təhsil alıb.

1932-ci ildə Moskva Pedaqoji İnstitutunun aspiranturasına (genetika ixtisası üzrə) daxil olub.

Əmək fəaliyyəti

1923 – 1926-cı illərdə həm Zaqatala şəhər ibtidai məktəbinin müdiri olmuş və həm də Zaqatala Sənaye və Kənd təsərrüfatı texnikumunda dərs demişdir.

1937 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Elmi tədqiqatları XI – XIX əsrlərdə Azərbaycanda bioloji fikrin inkişaf tarixinə və ev quşlarının növ və cins tərkibinin genetik cəhətdən öyrənilməsinə həsr ounub.

1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1966-cl ildə biologiya elmləri doktoru elmi dərəcəsini,

1969-cu ildə professor elmi adını alıb.

Azərbaycanda biologiya elminin tədrisinin yaxşılaşdırılması istiqamətində 30-dan artıq elmi-metodik məqaləsi və 3 kitabı çap olunub.

Azərbaycan dilində ali məktəblər üçün müxtəlif illərdə “Genetika”, “Təkamül təlimi”, “Biologiyaya giriş”, “Darvinizm”, “Darvin təliminin əsasları”, “Yer üzərində həyatın mənşəyi və inkişafı”, “Faktlar milyoneri Ç.Darvin” və s. bu kimi dərslik və dərs vəsaitlərinin müəllifidir. Ümumiyyətlə 200-dən artıq elmi-tədqiqat, elmi-metodik, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqaləsi çap olunub.

Digər

Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin biologiya üzrə “Elmi əsərlər” nəşrinin redaktoru olmuş, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi-metodik şurasına rəhbərlik etmişdir.

20 ildən artıq bir müddət ərzində Azərbaycan televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olmuşdur.

Təltif və mükafatları

Vəfatı

10 may 1992-ci il tarixdə – 90 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Axundov Mirəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 50-52. — 1.000 nüsx.
  2. Axundov Mirəli Abdulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 219. — ISBN 978-9952-441-02-4.