Mirbala Səlimli: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 75: Sətir 75:
{{Yoxlanılmış məqalə}}
{{Yoxlanılmış məqalə}}


[[az:Mirbala Səlimli]]
[[az:Mirbala Səlimli]] [[ru:Салимли, Мирбала Сейидаскер оглы]]

21:18, 4 aprel 2022 versiyası

Mirbala Səlimli
Səlimli (Səlimov) Mirbala Seyidəsgər oğlu
Mirbala Səlimli
Mirbala Səlimli
Doğum tarixi 5 aprel 1963 (1963-04-05) (60 yaş)
Doğum yeri Qubalı, Şamaxı rayonu (hal-hazırda Hacıqabul rayonundadır, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Həyat yoldaşı Xatirə Səlimli
Peşələri kino və teatr rejissoru, ssenarist.
Təhsili

 • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyoru fakültəsi (1981—1985)

 • Boris Şukin adına Moskva Ali Teatr Məktəbi, rejissorluq fakültəsi (1990—1995)

 • Moskva Ali Ssenaristlər və Rejissorlar kursu, kino refissorluğu sinfi (1999–2001)
Teatr Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı "Qızıl Dərviş" mükafatı

Mirbala Səlimli — teatr və kino rejissoru, ssenarist, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru.

Haqqında məlumatlar

5 aprel 1963-cü il tarixdə Şamaxı rayonunun (hal-hazırda Hacıqabul rayonunun) Qubalı (Qubalıbaloğlan) kəndində anadan olub.

Təhsili

1970 – 1980-ci illərdə kənd orta məktəbində,

1981 — 1985-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində,

1990 — 1995-ci illərdə Boris Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində,

1999 – 2001-ci illərdə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunda kino refissorluğu sinfində təhsil alıb.

Əmək fəaliyyəti

1985-ci ildə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib; o cümlədən,

1985 — 1990-cı illərdə aktyor,

1995 — 1997-ci illərdə quruluşçü rejissor,

9 iyun 1997-ci il tarixdən isə baş rejissor olub.

Yaradıcı fəaliyyəti

1976-cı ildən dram dərnəyində həvəskar aktyor kimi fəaliyyət göstərib.

1978-ci ildən rayon xalq teatrının üzvü olub.

2000-ci ildən Moskvanın “Мir iskusstva” Yaradıcılıq Birliyi ilə əməkdaşlıq edir. 15-ə qədər sənədli film çəkib. 2002-ci ildə “Azərbaycanfilm”im “Debüt” studiyasında “Оdla qol-boyun” qısametraili bədii filmini lentə alıb. “Yaddaş” sənədli filmlər studiyasında “Şəki — tarixin naxışları” (2007), Rusiyanın “Savonarola” studiyasın- da “Olviya – xoşbəxtlik misteriyası” sənədli filmini (2010) çəkib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Rəhimli İ. Mirbala Səlimli // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 366-371. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.