Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mirbala Səlimli

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Mirbala Səlimli
Səlimli (Səlimov) Mirbala Seyidəsgər oğlu
Mirbala Səlimli
Mirbala Səlimli.

Mirbala Səlimli — tanınmış teatr və kino rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

5 aprel 1963-cü il tarixdə Şamaxı rayonunun (hal-hazırda Hacıqabul rayonunun) Qubalı (Qubalıbaloğlan) kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970 – 1980-ci illərdə kənd orta məktəbində,

1981 – 1985-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində,

1990 – 1995-ci illərdə Boris Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində,

1999 – 2001-ci illərdə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunda kino rejissorluğu sinfində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1985-ci ildən təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına işləməyə başlayıb; o cümlədən,

1985 – 1990-cı illərdə aktyor,

1995 – 1997-ci illərdə quruluşçu rejissor,

9 iyun 1997-ci il tarixdən isə baş rejissor olub.

Yaradıcı fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1976-cı ildən dram dərnəyində həvəskar aktyor kimi fəaliyyət göstərib.

1978-ci ildən rayon xalq teatrının üzvü olub.

2000-ci ildən Moskvanın “Мir iskusstva” Yaradıcılıq Birliyi ilə əməkdaşlıq edir. 15-ə qədər sənədli film çəkib. 2002-ci ildə “Azərbaycanfilm”im “Debüt” studiyasında “Оdla qol-boyun” qısametraili bədii filmini lentə alıb. “Yaddaş” sənədli filmlər studiyasında “Şəki — tarixin naxışları” (2007), Rusiyanın “Savonarola” studiyasın- da “Olviya – xoşbəxtlik misteriyası” sənədli filmini (2010) çəkib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Rəhimli İ. Mirbala Səlimli // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 366-371. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...