Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mirvari Qəhrəmanlı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:M{{Şəxs |Adı = Mirvari Qəhrəmanlı |Orijinal adı = Mirvari Üzeyir qızı Qəhrəmanlı |Şəkil = Mirvari_Qəhrəmanlı.j...' ilə yarat) tərəfindən edilmiş 21:28, 20 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mirvari Qəhrəmanlı
Mirvari Üzeyir qızı Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Doğum tarixi 23 iyul 1946 (1946-07-23) (77 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Həyat yoldaşı Mürşüd Hacıyev
Uşaqları 2 qız övladı və 3 nəvəsi var.
Atası Üzeyir
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Dini İslam[1]

Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]

İctimai-siyasi fəaliyyəti

SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].

1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].

Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.

Ailəsi

Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].

Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[4].

2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[4]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[5][6].

İstinadlar

Şablon:Yaxşı məqalə