Mirvari Zeynalova — pedaqoq-musiqiçi, 2-ci dərəcə dövlət qulluqçusu, Şəki Regional Mədəniyyət İdarəsinin sabiq rəisi.

Mirvari Zeynalova
Zeynalova Mirvari İbrahim qızı
Mirvari Zeynalova2.jpg
Mirvari Zeynalova Şəki Regional Mədəniyyət İdarəsinin ofisində AZƏRTAC-a müsahibə verərkən, 11 iyul 2019-cu il.
bayraqŞəki Regional Mədəniyyət İdarəsinin rəisibayraq
27 iyun 2018 — dekabr 2021
Sələfi vəzifə təsis edilib
Xələfi Tərlan Nəsibov
bayraqŞəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisibayraq
26 dekabr 2016 — 27 iyun 2018
Sələfi vəzifə təsis edilib
Xələfi vəzifə ləğv edilib
bayraqŞəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiribayraq
19 aprel 2013 — 1 noyabr 2016
Sələfi Aydın İbrahimxəlilov
Xələfi vəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1966 (1966-12-08) (57 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Şəki Musiqi Texnikumu (1981–1985),

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, qiyabi (1985–1990)
facebook səhifəsi

Haqqında məlumatlar

8 dekabr 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1981 – 1985-ci illərdə Şəki Musiqi Texnikumunda,

1985 – 1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim,

1990-cı ildən FBK-nın sədri,

2000-ci ildən şöbə müdiri,

2009-cu ildən 2013-cü ilin aprel ayınadək tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2013 – 2016-cı illərdə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri,

2016-cı il dekabr ayının 26-dan Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi,

2018-cı il iyun ayının 27-dən 2021-ci ilin dekabr ayınadək isə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ailəsi

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Zeynalova Mirvari İbrahim qızı : [arx. 7 Feb 2018 - 31 Jan 2020] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Müraciət tarixi: 04.08.2021.