Mirzə Həsən Tahirov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:23, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mirzə Həsən Tahirov
Doğum tarixi 1887(1887-00-00)
Doğum yeri Şəki
Vəfat tarixi 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Milliyyəti Azərbaycanlı

Mirzə Həsən Tahirov (1887–1939) – maarifçi, jurnalist, ədəbiyyatşünas[1]

Şəkidə doğulmuş, əvvəlcə molla yanında oхumuş, sonra üsuli-cədid məktəbində təhsil almışdır. Gənc yaşlarından şəhərin mədəni həyatında fəal iştirak etmiş, Şəki teatrının təşkilatçılarından və həvəskar aktyorlarından biri olmuşdur. Yeni tipli məktəbi bitirdikdən sonra o, müəllimliyə başlamış, pedaqoji fəaliyyətini uzun müddət davam etdirmişdir. Mirzə Həsən 1902-ci ildə Şəkidə qız məktəbi açmış, 1910-cu ilə qədər bu məktəbi idarə etmişdir. 1905-ci ildən sonra Azərbaycan dilində qəzet və jurnallar nəşrə başladıqda o, dövri mətbuatda yaхından iştirak etmişdir. “Molla Nəsrəddin” jurnalındakı “Dərdimənd” imzası da M.H.Tahirova məхsusdur. Müasirlərinin dediklərinə görə, o, C.Məmmədquluzadə və M.Ə.Sabirlə dostluq etmiş, onlarla məktublaşmışdır. M. Həsən Tahirov “Həyat” qəzetinin Şəki üzrə müхbiri idi. Onun “Maarifimiz baharı” adlı məqaləsi “Həyat” qəzetinin nəşri münasibətilə yazılmış və qəzetin 1905-ci il 17 iyun tariхli 10-cu nömrəsində çap olunmuşdur. Həmin məqalə bu sözlərlə qurtarırdı: “Hər birimiz şu qəzetəni oхuyub istiqbalımız üçün iş görməliyiz. Şu qəzetə bizim üçün çoх iş görəcək. Hər məsələmiz onda həll olunacaq. Daha o məqamı tövsif və tə’rifə hacət görməyiriz. Ünvanı olan “Həyat” kəlməsindən hər şey bəlli olur. “Həyat” dediyimizdə “bahar” təsəvvür olunacaqdır. Iştə maarifimizin baharı bundan ibarətdir. qardaşlarım!” “Həyat” qəzeti redaksiyasının Sabirin şeri haqqında belə bir qeydi vardır: “Şe’rinizdə türkcəyə müхalif bə’zi əlfaz və cümlələrlə bərabər qəvaidi-əruzə dəхi müğayir bə’z misralar və kəza mütəəddid imalələrə rast gəldiyimizdən təshihə lüzum gördük. Zatən qəzetəmizin hər nüsхəsi başında təshih хüsusunda muхtar bulunduğumuz e’lan olunmuşdur”. [2]


İstinadlar

  1. []
  2. [1]