Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Mirzə Mustafa Axundov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Qeydlər) tərəfindən edilmiş 11:08, 23 iyun 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mirzə Mustafa Axundov
Axundov Mirzə Mustafa Axund Ələsgər oğlu
Mirzə Mustafa Axundov
Axundovların vaxtilə yaşadıqları ev (Şəki).
Doğum tarixi 1834(1834-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Şəki əyaləti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi (23 iyun) 6 iyul 1903 (69 yaşında)
Atası Hacı Molla Ələsgər
Təhsili Tiflis gimnaziyası

Mirzə Mustafa Axundov (1834–1903) — Qafqaz canişini baş idarə dəftərxanasının tərcüməçisi, Mirzə Fətəli Axundovun qaynı, qardaşlığı[qeyd 1] və anasının əmisi Axund Hacı Ələsgərin oğlu.

Haqqında məlumatlar

1834-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Əvvəlcə yerli qəza məktəbində, sonra isə Tiflis gimnaziyasında təhsil alıb. Bununla yanaşı, yaxın qohumu Mirzə Fətəli Axundov ona kiçik yaşlarından türk, ərəb, azərbaycan və fars dillərini öyrənməsi üçün bilikli və təcrübəli müəllimlər də tutmuşdu. Daha sonralar isə erməni və gürcü dillərini də öyrənib.

Əmək fəaliyyəti

1854-cü ilin dekabr ayında dövlət qulluğuna işə qəbul olunub və uzun müddət dövlət idarələrində tərcüməçi işləyib. Onun dövlət qulluğuna işə qəbul olunması həmin vaxt Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışan yaxın qohumu Mirzə Fətəli Axundovun sayəsində mümkün olmuşdu. İşə qəbul olunduqdan sonra isə Mirzə Fətəli Axundov dövlət xidməti ilə əlaqədar Tiflisdə olmadığı və ya xəstələndiyi vaxtlarda, bir qayda olaraq onun vəzifəsini də icra etmiş, onun yazılı tərcümə etməli olduğu sənədlərin yazılı tərcüməsi ilə məşğul olmuşdur.

1868-ci əvvəlində Qafqaz canişininin baş idarə dəftərxanasında VIII dərəcə hüququnda tərcüməçi idi.

Vəfatı

6 iyul (23 iyun) 1903-cü il tarixdə – 69 yaşında, Tiflisdə vəfat edib.

Qeydlər

  1. Mirzə Fətəli Axundov öz sənədlərində anasının əmisi Axund Hacı Ələsgəri öz atası kimi göstərmiş və onun oğlu Mirzə Mustafa Axundovu isə çox vaxt başqalarına “qardaşım”, bəzən isə “əmioğlum” deyə təqdim etmişdir. Hər ikisinin sənədlərində familiyaları və atalarının adları eyni olduğundan onlar rəsmi dairələrdə də çox vaxt doğma qardaş hesab olunmuşdular.

Ədəbiyyat

  1. Zeynalzadə A. Azərbaycan mətbuatı və çar senzurası (1850–1905). — Bakı: Elm, 2006. — Səhifələrin sayı:  328. — Səh.: 19 – 20. — ISBN 5806617580.
  2. Quliyev V. Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında // 525-ci qəzet : qəzet. — Bakı, 2012. — В. 19 may. — Səh. 14 – 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 16 mart 2020.