Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Murad Abdulhəmidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:26, 28 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Murad Abdulhəmidov
Abdulhəmidov Murad Ramil oğlu
Murad Abdulhəmidov
Murad Abdulhəmidov.
Doğum tarixi 8 yanvar 2005 (2005-01-08) (19 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Ramil Abdulhəmidov

Murad Abdulhəmidov — Akademik Zərifə Əliyeva adına liseyin 2022-ci il qızıl medallı məzunu; 2021-ci ildə SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında 1520 bal toplamışdır.

Haqqında məlumatlar

8 yanvar 2005-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

2011 – 2016-cı illərdə Bakı şəhər 9 saylı tam orta məktəbində,

2016 – 2019-ci illərdə Texniki-Humanitar Liseydə,

2020 – 2022-ci illərdə Akademik Zərifə Əliyeva adına liseydə təhsil alıb. Liseyi qızıl medalla bitirib.

2021-ci ildə Türkiyə, ABŞ və Azərbaycanın ADA, UNEC, Xəzər kimi universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında yüksək nəticə – əvvəl 1470, sonra isə 1520 bal, toplayıb.

Digər

2020 və 2021-ci illərdə Respublika fənn olimpiyadalarında bürünc medal qazanıb.

2020-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi on-layn “Fibonacci” intellektual oyununda təhsil aldığı Akademik Zərifə Əliyeva adına liseydə liseyin “Tesla” komandasının tərkibində iştirak etmiş və bu turnirdə “Tesla” komandası 1-ci yeri tutmuşdur.

Ailəsi

Atası: Ramil Abdulhəmidov, Şəkidə anadan olub, 2009-cu ildən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanında müvəffəqiyyət qazanmışdır.