Murad Abdulla — Şotlandiyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı şahmatçı, FİDE ustası, Şotlandiyanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasında üçqat Şotlandiya çempionu.

Chess tile kl-whitebg.svg
Murad Abdulla
Abdulla Murad Mahir oğlu
Murad Abdulla
Murad Abdulla.
Doğum tarixi 21 noyabr 2000 (2000-11-21) (23 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the United Kingdom (3-5).svg Böyük Britaniya
Yaşadığı yer Aberdin, Flag of Scotland.svg Şotlandiya
Titulu FİDE ustası (2017)
FİDE reytinqi 2400-dən az (aprel 2022)
Təhsili Sent-Endryus Universiteti (2018–)
International Chess Federation

Haqqında məlumatlar

21 noyabr 2000-ci il tarixdə Bakıda anadan olub, əslən Şəkidəndir.

2005-ci ildən vaideynləri ilə birlikdə Şotlandiyanın Aberdin şəhərində yaşayır.

Təhsili

2006 – 2018-ci illərdə Aberdində orta təhsil alıb.

2018-ci ildə Sent-Endryus Universitetinə daxil olub.

Şahmat fəaliyyəti

2017-ci, 2018-ci və 2022-ci illərdə şahmat üzrə kişilər arasında Şotlandiya çempionatının qalibi olub.

2018-ci ildə Batumidə (Gürcüstan) keçirilmiş 43-cü Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində çıxış edib.

Ədəbiyyat

  1. Rəğbətoğlu M. “Nəhənglərin qatili” – Bu adla Şotlandiyada məşhurlaşan azərbaycanlı : [arx. 20.07.2021] // Teleqraf.com. — 2021. — 18 iyul. — Müraciət tarixi: 07.08.2021.